Elm və təhsil
Lisey və gimnaziyalara qəbulun nəticələri açıqlandı
Təhsil Nazirliyinin birbaşa tabeliyində fəaliyyət göstərən lisey və gimnaziyalara mərkəzləşdirilmiş şəkildə keçirilmiş qəbul imtahanlarının nəticələri elan edilib.
Publika.az xəbər verir ki, şagirdlər sy.edu.az portalı üzərindən yaradılmış "Şəxsi kabinet"lərinə daxil olaraq imtahan nəticələrini öyrənə bilərlər.
Minimum 30 faiz nəticə göstərən şagirdlər seçim mərhələsinə buraxılıb.
Seçim mərhələsində iştirak hüququ qazanmış şagirdlər iyulun 5-i saat 17:00-dək lisey və gimnaziyalar arasından seçim etməlidirlər. Seçim etdikdən sonra şagirdlər imtahan balı və qeyd etdikləri ardıcıllıq əsasında mərkəzi sistem tərəfindən müvafiq lisey və ya gimnaziyaya yerləşdiriləcək. Qeyd olunmuş müddət bitdikdən sonra seçim etmək və ya seçimlərdə hər hansı dəyişiklik etmək mümkün deyil.
Qəbul imtahanlarının nəticələri ilə bağlı müraciətlər 29 iyun 2021-ci il tarixinədək [email protected] elektron ünvanı vasitəsilə qəbul edilir.
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ









.jpg)




























