Elm və təhsil
Azərbaycanda dərslər BU TARİXDƏN BAŞLAYIR - RƏSMİ/VİDEO
Video əlavə edilib.
xxx
Uzun müddətli fasilədən sonra təhsil ənənəvi qaydada bərpa olunacaq.
Publika.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev 2021-2022-ci tədris ilinin təşkilinə dair keçirillən brifinqdə bildirib.
O bildirib ki, 22 sentyabdan etibarən I-IV siniflərdə təhsil bərpa olunacaq.
Nazir qeyd edib ki, 29 sentyabrdan isə 5-11-ci siniflər, eyni zamanda orta və ali ixtisas məktəblərində ənənəvi təhsil bərpa olunacaq.
Onun sözlərinə görə, məktəblərdə 5 günlük dərs qrafiki olacaq. Bəzi təhsil müəssisələrində isə 6 günlük qrafik olacaq.
Nazir qeyd edib ki, sentyabr ayında gecikmiş 5 günlük təhsil müddətini noyabr tətili ilə əvəzləmək olar.
Hər bir təhsil müəssisəsinə daxil olan şəxsin hərarəti ölçüldükdən sonra müəssisəyə buraxılacaq. Bunu Təhsil nazirinin müşaviri Rüstəm Ağayev deyib.
O qeyd edib ki, əgər şəxsin hərarəti 37 dərəcədən yüksək olarsa, təhsil müəssisəsinə buraxılmayacaq: "Əgər kiminsə hərarəti qalxarsa, o, xüsusi otaqlarda izolyasiya edilərək, müvafiq tədbirlər görüləcəkdir. Məktəbdə kiminsə COVID-19 testinin nəticəsi pozitiv çıxarsa, gigiyena və epidemiologiya mərkəzinə məlumat veriləcək. Mərkəzin əməkdaşları məktəbdə araşdırma apardıqdan sonra müvafiq qərarlar verilcək".
Onun sözlərinə görə, əgər kiminsə övladında kəskin respirator xəstəlik əlamətləri varsa, övladını məktəbə gətirməməlidir: "Hətta ötən il bəzi valideynlər COVID xəstəsi övladlarını məktəbə yollayırdılar. Xahiş edirəm ki, bu kimi məsələlərə diqqət edək".
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi




































.jpg)
.jpg)
