Elm və təhsil
UNEC-də yeni təyinat - FOTO
UNEC-in Türk Dünyası İqtisad Fakültəsinin (TUDİFAK) dekanı vəzifəsinə Mehmet Yüce təyin olunub.
Publika.az xəbər verir ki, Prof. Dr. Mehmet Yüce 1973-cü ildə Türkiyənin Ağrı şəhərində anadan olub. 1987-1991-ci illərdə Bursanın Uludağ Universitetində “Maliyyə” ixtisası üzrə bakalavr təhsili, sonra isə Uludağ Universiteti Sosial Elmlər İnstitutunda, eyni ixtisası üzrə magistratura təhsili alıb. Məzun olduqdan sonra, 1994-cü ildə həmin universitetdə müəllim kimi əmək faaliyyətinə başlayıb. 1998-ci ildə doktorluq akademik dərəcəsi alıb. 2001-ci ildə Türk Dünyası Araşdırmaları Vəqfi, Qırgızıstan İqtisad və Girişimcilik Universitetinin Türk Dünyası İşlətmə Fakültəsində çalışıb. Qırgızıstanda göstərdiyi xidmətlərə görə, Qırğızıstan dövləti tərəfindən bir çox mükafatlara layiq görülüb. 2005-ci ildə dosent adını alıb.
Mehmet Yüce 2006-cı ildən fəaliyyətini Türkiyədə davam etdirib. 2008-ci ildə Uludağ Universitetinin Maliyyə hüququ kafedrasına müdir vəzifəsinə təyin olunub. 2010-cu ildə professor adını alıb. Uludağ Universitetinin İqtisadi və İdari Elmlər fakültəsinin dekanı, Hüquq fakultəsinin dekanı və Uludağ Universitetinin prorektoru vəzifələrində çalışıb.
Vergi hüququ sahəsində nəşr olunan bir çox kitab və məqalələrin müəllifidir.
2021-ci il sentyabrın 9-da Türk Dünyası İqtisad Fakültəsinin dekanı vəzifəsinə təyin olunub.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
