Məktəb direktoru seçimində əsas meyarlar açıqlandı - SİYAHI
Bizi izləyin

Elm və təhsil

Məktəb direktoru seçimində əsas meyarlar açıqlandı - SİYAHI

Məktəb direktoru seçimində əsas meyarlar açıqlandı - SİYAHI

Məktəb direktorların işə qəbulunda eyni bal toplayan namizədlər arasında seçim qaydası açıqlanıb.

Publika.az xəbər verir ki, direktor vəzifəsinə işə qəbulda eyni nəticə göstərən namizədlər arasında seçim müəyyən ardıcıllıqla aparılacaq.

a) Daha yüksək balı olan;
b) Magistr dərəcəsinə malik olan;
c) Pedaqoji stajı daha çox olan;
d) Rəhbər vəzifə təcrübəsi daha çox olan

Müsahibə mərhələsində isə namizəd aşağıdakı meyarlar üzrə qiymətləndiriləcək:

a) Liderlik və strateji idarəetmə bacarıqları;
b) Pedaqoji və tədris bacarıqları;
c) İdarəçilik və təşkilatçılıq bacarıqları;
d) Ünsiyyət və əlaqə bacarıqları;
e) Problemlərin həlli və qərarvermə;
f) Rəqəmsal və texnoloji bacarıqlar;
g) Sosial və emosional bacarıqlar

Qeyd edək ki, müsabiqədə iştirak etmək istəyən namizədlər 27 noyabr saat 15:00-dan 4 dekabr saat 17:00-dək https://miq.edu.az/direktor linkinə daxil olaraq elektron ərizələrinə müvafiq məlumatları daxil etdikdən, tələb olunan sənədləri yüklədikdən və vakant yerləri seçdikdən sonra ərizələrini təsdiq etməlidirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm