Elm və təhsil
Məktəblərdə imtahanların sayı azaldıla bilər
Azərbaycanda orta məktəblərdə imtahanların sayı azaldıla bilər.
Bunu Trend-ə Təhsil İnstitutunun direktoru Rüfət Əzizov deyib.
O bildirib ki, ola bilsin ki, imtahanlar, qiymətləndirmələr çoxdur: “Ümumtəhsildə qiymətləndirmə konsepsiyasına yenidən baxılır. Ola bilsin ki, həmin tədqiqatlar zamanı təkcə ibtidai siniflərdə deyil, digər siniflərdə də müxtəlif imtahanların sayı azaldılsın. Onların əvəzinə daha az sayda olan mərkəzləşmiş imtahanlar olsun. Növbəti illərdə kurrikulumlar daha da sadələşdiriləcək”.
O qeyd edib ki, yeni dərs vəsaitlərinin hazırlanmasında sadələşmə müşahidə olunur: “Məsələn, biz əvvəllər Azərbaycan dilindən dilin mürəkkəb qaydalarını keçirdiksə, artıq daha çox oxuyub anlamağa, yəni dərsliklərimizi insana həyatı boyu lazım olan bacarıqlara uyğun tənzimləməyə çalışırıq”.
-
Magazin106:16Məşhur model 31 yaşını bağ evində qeyd etdi - FOTO
-
Magazin104:44“Sevgilim 3 il məni aldatdı” - Pərvin Abıyeva
-
İdman04:30"Real" səfərdə "Valensiya"nı darmadağın etdi
-
İqtisadi gündəm03:13Qızıl kəskin ucuzlaşdı
-
Sosial02:12Həmin tuneli yenə su basıbmış - VİDEO
-
Avropa01:41Krakovda Qətliam törədən şəxsin evində meyitlər aşkarlandı
-
Qoroskop00:30Günü ULDUZ FALI - Xəyallarınızla reallıq arasında körpü qura bilərsiniz
-
Nida Xəbər 00:20Hikmət Hacıyev Şuşadan paylaşım etdi - VİDEO


































.jpg)

