Elm və təhsil
11-ci “Fənlərin Dostluğu Olimpiadası” keçirildi
Dekabrın 5-də 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilmiş “Fənlərin Dostluğu Olimpiadası” keçirilib.
Publika.az xəbər verir ki, ideya müəllifi filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiq olan olimpiadanın builki buraxılışında Bakı, Sumqayıt və Xırdalan şəhərləri ilə yanaşı Respublikamızın 15 şəhər və rayonlarını təmsil edən təqribən 2000 şagird öz biliyini sınayıb.
Karantin qaydalarına uyğun təşkil olunan olimpiada Bakı, Sumqayıt, Xırdalan şəhərlərində 9 imtahan binasında keçirilib.
Ümumtəhsil məktəblərinin Azərbaycan bölməsində təhsil alan 9-cu və 10-cu sinif şagirdləri arasında təşkil olunan olimpiadada iştirakçılar 2 saat müddətində 50 sualı cavablandırıblar.
Olimpiadanın nəticələri 1 həftə sonra layihənin rəsmi elektron ünvanı olan www.inteqrasiya.az saytında təqdim olunacaq. Dekabr ayının sonuncu 10 günlüyündə isə FDO-11 qaliblərinin mükafatlandırılması mərasimi keçiriləcək.
2010-cu ildə Hədəf Nəşrləri tərəfindən təsis edilən və bu il XI buraxılışı keçirilən “Fənlərin Dostluğu Olimpiadası” layihəsinin məqsədi fənlərarası əlaqəni möhkəmləndirmək, fənlərin bir-biri ilə bağlılığını şagirdlərə aşılamaq və bu inteqrasiyanın köməyindən istifadə edərək xüsusi istedada malik olan şagirdləri müəyyənləşdirib gələcək fəaliyyətlərində stimul yaratmaqdır.
Xatırladaq ki, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilmiş “Fənlərin Dostluğu Olimpiadası” XI buraxılışı Azərbaycan Texniki Universiteti, Hədəf STEAM Liseyi və Hədəf Kurslarının birgə təşkilatçılığı ilə keçirilir.
-
İdman08:12PSJ azarkeşləri ilə polis arasında toqquşmalar: yaralılar var - Yeniləndi
-
Magazin206:16Ulduzların "İtaliya nağılı" - Toyun detalları bəlli oldu
-
Səhiyyə05:15Qonşu ölkədə seksoloq vəzifəsi ləğv edildi
-
Maraq dünyası04:14Paltar yuyarkən yol verilən 5 SƏHV - "Yumruq qaydası" nədir?
-
Avropa03:13Parad məşqindən qaçan atlar şəhəri qarışdırdılar - Yaralılar var / VİDEO
-
Magazin100:15Əməkdar artistin nəvəsi ailə qurur - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bəzi sirlər qarşınıza çıxa bilər
-
Sosial30 May 23:00Sabah bu qəsəbənin bir hissəsi işıqsız qalacaq




























.jpg)











