Elm və təhsil
“Xosrov və Şirin” yeni tərcümədə nəşr olundu
Dövlət Tərcümə Mərkəzinin yeni nəşri – ölkədə elan olunmuş “Nizami Gəncəvi İli” münasibətilə dahi şairin ən irihəcmli əsəri – yeni filoloji tərcüməsi ərsəyə gətirilmiş “Xosrov və Şirin” poeması işıq üzü görüb.
Dövlət Tərcümə Mərkəzindən Publika.az-a bildirilib ki, sovetlər dönəmində əsasən poetikliyə üstünlüyün verildiyi sərbəst yanaşmalarla tərcümə edilmiş və bu səbəbdən bir çox hallarda fikir və məna adekvatlığı itirilərək təhriflərə uğramış misilsiz Nizami yaradıcılığını, sətir və misralarının alt qatında yatan məna və hikmətlərini dəqiqliyi ilə əks etdirən kitab bu ölməz söz xəzinəsinin düzgün anlanması, daha dərindən tədqiq və təhlil edilməsinə kömək məqsədilə hazırlanıb.
Əsərin fars dilindən sətri tərcüməsinin müəllifi mərkəzin fars dili üzrə mütəxəssisi Əli Şükrü, filoloji tərcüməsinin müəllifi tanınmış yazıçı, tərcüməçi Etimad Başkeçiddir.
Kitab Dövlət Tərcümə Mərkəzinin mətbəəsində çap edilib.
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı



































.jpg)

.jpg)
