Elm və təhsil
Komandamız 70 ölkə arasında birinci oldu - FOTO

Azərbaycanlı şagird və tələbələrdən ibarət beynəlxalq ingilis dili kursu olan “Shane Academy” komandası İstanbulda keçirilən Birləşmiş Millətlər Təşkilatının "Best Diplomats" debat yarışında 70 ölkə (ABŞ, Almaniya, İraq, Pakistan, Fransa, Nigeriya, Liviya, Ermənistan və s.) arasında birinci olub.
Publika.az xəbər verir ki, “Best Diplomats” müxtəlif ölkələrdən olan yeniyetmə və gənclərin debat aparmaq bacarıqlarını inkişaf etdirməsinə, haqlı saydıqları mövqenin qələbə qazanması üçün tutarlı arqument və dəlillər gətirməsi vərdişləri aşılayan beynəlxalq yarışdır.
Fevralın 24-26 tarixlərində İstanbulda keçirilən beynəlxalq yarışda 10 nəfərdən ibarət heyətlə iştirak edən Azərbaycan komandasının hər bir üzvü ayrı-ayrılıqda digər ölkələrdən olan yarışmaçılarla debatda qalib gələrək özlərinin dərin ingilis dili bacarıqları ilə yanaşı, yüksək səviyyədə debat aparmaq qabiliyyətlərini də nümayiş etdirib. Azərbaycanlı yarışmaçıların beynəlxalq miqyaslı layihə və yarışlarda əldə etdiyi bu uğur daha bir beynəlxalq platformada Azərbaycanın adının ucaldılmasına xidmət edir.

-
Magazin116 Oktyabr 22:24
“Rəşad buna görə xərçəngə tutuldu”
-
MDB16 Oktyabr 22:00
İş adamını oğurlamaqda ittiham edilən qafqazlılar HƏBS EDİLDİLƏR
-
Nida Xəbər 16 Oktyabr 21:48
MN-dən Haqverdiyevin həbsi ilə bağlı AÇIQLAMA
-
Magazin216 Oktyabr 21:16
Əfsanəvi aktrisa təcili xəstəxanaya yerləşdirildi: həkimlər narahatdır - FOTO
-
ABŞ16 Oktyabr 19:50
Məşhur bloger BANK AÇIR
-
Sosial16 Oktyabr 19:20
Mayor İlham Haqverdiyev HƏBS EDİLDİ - YENİLƏNDİ
-
Kriminal16 Oktyabr 19:12
Mətanətin ATASI DANIŞDI: "Qızıma deyirdi ki..."
-
Nida Xəbər 16 Oktyabr 18:53
Dövlətə xəyanətdə ittiham olunan 4 nəfərin məhkəməsi başladı