Elm və təhsil
Ali məktəblərə qəbulda dəyişikliklər olacaq - YENİLİKLƏR AÇIQLANDI
2024-cü il ali təhsil müəssisələrinə qəbul imtahanlarının əhatə dairəsinə görə əvvəlki illərdən fərqlənəcək.
Publika.az xəbər verir ki, bu barədə Trend-in suallarını cavablayarkən təhsil eksperti Kamran Əsədov deyib.
O qeyd edib ki, Dövlət Proqramı çərçivəsində ali təhsil müəssisələrinə qəbulda plan yerləri artacaq.
"Bu il universitetlərin qəbul plan yeri 60 mindən çox olacaq. Bu, universitetə qəbul olanların sayına müsbət təsir göstərəcək. 14 il əvvəl universitetə 29 min nəfər qəbul ola bilirdisə, bu il artıq onların sayı 60 mindən çoxdur. Həmçinin, cari ildə keçid ballarında enmə müşahidə edəcəyik. Bunun ilk səbəbi plan yerlərinin artmasıdır. İkinci səbəb isə universitetlərə sənəd verənlərin sayında azalmadır. Artıq 2024-cü ildə Qarabağ Universiteti də fəaliyyətə başlayacaq.
İxtisas qrupları üzrə ciddi bir dəyişiklik olmayacaq. Sadəcə, bakalavr pilləsində bir neçə yeni ixtisas olacaq. Lakin qəbul qaydalarında, fənn bloklarında hər hansı bir dəyişiklik olmayacaq", - deyə K.Əsədov bildirib.
-
MDB02:19Məşhur iş adamı su anbarında boğulub öldü
-
Qoroskop01:40Günün qoroskopu: Həqiqətlər üzə çıxacaq
-
Nida Xəbər 00:55Bu gün Amnistiya aktının icrasına başlanacaq
-
Hadisə21 Dekabr 23:35Bakıda məşhur hospitalda YANĞIN baş verdi
-
Hadisə21 Dekabr 21:25Müharibədə daha bir azərbaycanlı itkin düşdü
-
Qoroskop21 Dekabr 20:282026-cı ilin ən şanslı BÜRCÜ - Onlar üçün nağıl kimi həyat başlayır
-
Ekologiya21 Dekabr 19:12Azərbaycana qış fəsli daxil oldu
-
İdman21 Dekabr 17:47Ronaldo və Messi karyeralarını niyə başa vurmurlar?
















.jpg)









