Elm və təhsil
Sertifikasiya imtahanında bu suallarda xəta aşkarlandı
18-20, 24 və 25 iyun tarixlərində təşkil olunan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin apellyasiya müraciətləri barədə məlumatlar müəllimlərin şəxsi kabinetlərinə göndərilib.
Publika.az xəbər verir ki, bu barədə Təhsil İnstitutunun tərkibində İnsan Resursları Mərkəzi məlumat yayıb.
Bildirilib ki, müəllimlər portal.edu.az platformasının “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla apellyasiya nəticələri ilə tanış ola bilərlər.
"Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsində təqdim olunan suallarla bağlı müraciətlər araşdırılmış və bütün qiymətləndirmə vasitələri apellyasiya prosesi çərçivəsində təkrar yoxlanılıb. Nəticədə ibtidai sinif (rus bölməsi) üzrə 47-ci sırada təqdim edilmiş test tapşırığının şərtində xəta aşkar edilib. Azərbaycan dili və ədəbiyyat (Azərbaycan bölməsi) üzrə isə 1, 42 və 49-cu sırada təqdim edilmiş test tapşırıqlarının iştirakçıların bilik və bacarıqlarının müəyyən edilməsi istiqamətində effektiv olmadığı təyin edilib. Bu səbəbdən qeyd olunan test tapşırıqları üzrə nəticələr iştirakçıların xeyrinə nəzərə alınmaqla yenidən hesablanıb", - məlumatda bildirilib.
-
Region08:49Nüvə müharibəsi ilə bağlı təcili xəbərdarlıq - 24 saat ərzində…
-
Cənubi Qafqaz03:44İrəvanda gecə toplantısı: 12 siyasi qüvvə Paşinyana qarşı birləşdi
-
Qoroskop00:45Günün ulduz falı: dünyanızı alt-üst edəcək hadisə baş verə bilər...
-
Sosial4 Noyabr 23:35Bir sıra sosial ödənişlərin məbləği artırılır - Video
-
Hadisə4 Noyabr 21:39Azərbaycanda ov zamanı itkin düşən iş adamının meyiti aşkarlandı
-
Avropa4 Noyabr 20:12Bu dəfə qan ehtiyatlarını hədəf aldılar - Bir neçə obyektə kiberhücum
-
Ekopublika.az4 Noyabr 19:00Mərkəzi Bankdan “Portmanat”a irad - Telefonunuzdakı pullar risk altında
-
Rəsmi xronika4 Noyabr 15:55Prezidentdən Kamran İmanovla bağlı sərəncam













.jpg)


.jpg)




















