Elm və təhsil
Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı
Dövlət ümumi təhsil müəssisələrində təhsilalanlar və təhsilverənlər üçün Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən edilmiş geyim tələblərinin icra vəziyyətinin öyrənilməsi məqsədilə monitorinqlərə başlanılıb.
Bu barədə Publika.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib.
Bildirilib ki, monitorinqlər çərçivəsində şagirdlərin müəyyən olunmuş məktəbli forması tələblərinə, müəllimlərin isə pedaqoji fəaliyyətin xarakterinə və işgüzar mühitə uyğun geyim qaydalarına əməl etmələri vəziyyəti araşdırılıb.
Eyni zamanda, məktəblərdə müvafiq tələblərin icrasına nəzarətin təşkili və qaydalarla bağlı maarifləndirmə işlərinin aparılması diqqətdə saxlanılıb.
Monitorinqlər zamanı geyim tələblərinə uyğun olmayan hallar müəyyən edildikdə, məktəb rəhbərliyi tərəfindən şagirdlər və müəllimlərlə profilaktik və maarifləndirici söhbətlər aparılıb, zəruri hallarda valideynlər məktəbə dəvət olunub.
"Bununla yanaşı, müəyyən edilmiş geyim tələblərinə uyğun gəlməyən şagird və müəllimlərin dərslərə buraxılmadığı hallar da qeydə alınıb.
Eyni zamanda bəzi ümumi təhsil müəssisələrində məktəb və tədris mühitinə uyğun olmayan davranışların qeydə alındığını təəssüflə bildiririk.
Bu hallar tədris prosesinə maneələr yaratmaqla yanaşı, məktəb əmlakına da ziyan vurulması ilə nəticələnib. Həmçinin geyim qaydalarının icrası ilə bağlı müəllimlərə və məktəb rəhbərliyinə qarşı təzyiq və təhdid hallarına da rast gəlinib.
Qeyd edək ki, geyim qaydalarının icra vəziyyətinin qiymətləndirilməsi və müəyyən edilmiş tələblərə əməl olunmasına nəzarətin gücləndirilməsi məqsədilə monitorinqlərin davam etdirilməsi nəzərdə tutulur",- idarədən bildirilib.
-
Dünya21:3929 ölkə İrana qarşı birləşdi - Birgə bəyanat
-
Hadisə19:0012 yaşlı şagird özünü məktəb binasından atdı - Əmisinin zorakılıq etdiyini deyibmiş
-
MDB17:24Moskvadan Kiyevə: Seçki keçirsəniz, Putin əmr verəcək ki...
-
Region16:22İstək kifayət deyil, qərar verməlisiniz - Paşinyandan Avropa İttifaqına çağırış
-
Nida Təhlil 16:03Məktəbli forması təkcə geyim deyil, həm də tərbiyə məsələsidir - Məhəmməd İmanlı
-
Rəsmi xronika15:22İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Təhlil 14:57Aygün Bayramovadan məktəbli geyimi ilə bağlı çağırış: Qərara hörmətlə yanaşmalıyıq
-
Nida Xəbər 13:02Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu - VİDEO






.jpg)



























