Sosial
Qarabağın tarixi-mədəni irsinə həsr olunan seminar keçirildi - FOTOLAR
24 noyabr 2026-cı il tarixində Azərbaycan Rəssamlıq Akademiyasında Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə “Kimliyimizi yaşadan dəyərlər – milli kimliyin və mədəni irsin gənclər arasında təbliği” layihəsi çərçivəsində ilk seminar keçirilib.
Publika.az xəbər verir ki, layihənin əsas məqsədi gənclər arasında milli kimlik şüurunun gücləndirilməsi, Azərbaycanın zəngin tarixi-mədəni irsinin və milli-mənəvi dəyərlərinin tanıdılması, onların qorunması və gələcək nəsillərə ötürülməsinin təşviq edilməsidir.
Seminarın ilk günündə Azərbaycan Rəssamlıq Akademiyasının İncəsənət tarixi kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Samir Sadıqov “Qarabağın tarixi-mədəni irsi və memarlıq abidələri” mövzusunda təlimlə çıxış edib. Məruzə zamanı Qarabağın zəngin memarlıq irsi, tarixi abidələrin formalaşma xüsusiyyətləri, onların milli mədəniyyətimizdə yeri və əhəmiyyəti haqqında ətraflı məlumat verilib.Təlim çərçivəsində gənclərin diqqətinə tarixi-mədəni abidələrin yalnız memarlıq nümunəsi deyil, həm də xalqımızın tarixi yaddaşını, milli kimliyini və mədəni ənənələrini yaşadan mühüm irs olduğu çatdırılıb. Abidələrin öyrənilməsi, qorunması və gələcək nəsillərə olduğu kimi ötürülməsinin vacibliyi xüsusi vurğulanıb.Layihənin rəhbəri Aysel Quluzadə çıxışında milli-mənəvi dəyərlərin gənclər arasında təbliğinin, tarixi irsimizə bağlılığın gücləndirilməsinin və mədəni yaddaşın qorunmasının əhəmiyyətini qeyd edib.
Qeyd edək ki, “Kimliyimizi yaşadan dəyərlər” layihəsi Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə 24–25 noyabr 2026-cı il tarixlərində Azərbaycan Rəssamlıq Akademiyasında həyata keçirilir.
-
İqtisadi gündəm15:42Yaxın Şərqdə sülh ehtimalının neftə təsiri: Büdcədə 65 dollarlıq proqnoz özünü doğruldacaq?
-
Rəsmi xronika15:02İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi
-
Rəsmi xronika14:02Prezident fərman imzaladı
-
Nida Xəbər 13:46Bu saatlarda gedişhaqqı 1 qəpik olacaq
-
MDB12:30Zelenskidən Lukaşenkoya müraciət: Putini də götür bura gəl
-
Nida Təhlil 11:09Azərbaycanda 1,4 milyonluq mənimsəmə - Hərbçilər də ittiham olunur
-
Qoroskop10:20Bu gün şansı dəyişəcək 5 BÜRC - Mələk rəqəminin enerjisi aktivdir
-
Tarix09:543800 il əvvələ aid borc dəftəri tapıldı: Hesab pivə ilə də bağlanırmış - FOTO




































