Enerji
Benzinin qiyməti ilə bağlı YENİ XƏBƏR: martın 1-dən...
Xəbər verdiyimiz kimi, Rusiya hökuməti martın 1-dən etibarən benzin ixracına qadağa qoyur. Qadağa, hələlik, altı aylıq bir dövrü əhatə etməlidir. Rusiya rəsmiləri bu qadağanı irəlidən gələn tarla işlərinə görə yanacağa tələbatın artması ilə əlaqələndirirlər. Azərbaycan Aİ-92 markalı benzindən fərqli olaraq, Aİ-95 və Aİ-98 istehsal etmir. Əvvəllər Bakı Neft Emalı Zavodunda Aİ-95 istehsal olunduğu açıqlansa da, zavod təmirə bağlanıb və hələ də modernləşdirmə işləri bitməyib. Rəsmi məlumata görə, yeniləmə hələ 2027-ci ildə tamamlanacaq.
Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycan 2023-cü ildə 86 min 36.95 ton "Premium Euro-95" markalı avtomobil benzini idxal edib. Bu da 2022-ci illə müqayisədə 13.5 faiz azdır. Əsas idxal (40 min 261.56 ton) Rusiya Federasiyasından gerçəkləşdirilib.Azərbaycan benzinin əhəmiyyətli hissəsini Rusiyadan idxal edir. Bəs bu qadağa Azərbaycanda benzinin bahalaşmasına səbəb olacaq?
Publika.az xəbər verir ki, məsələ ilə bağlı danışan Milli Məclisin deputatı Vüqar Bayramov Referans.az-a deyib ki, Rusiyanın benzin idxalına qadağa qoyması Azərbaycanda benzinin qiymətlərinə birbaşa təsir göstərməməlidir:
"Azərbaycan idxal etdiyi premium markalı benzinin bir hissəsini Avropa ölkələrindən, xüsusən də Rumıniyadan idxal edir. Nəzərə alsaq ki, premium markalı benzində mənbələr tapmaq və idxalı əvəzləmək mümkündür, bunu ciddi bir problem yaratama ehtimalı azdır. Çünki praktiki olaraq region ölkələrində premium markalı benzin istehsalı həyata keçirilir. Bu da Azərbaycana imkan verir ki, daha qısa zamanda, bir ölkədə idxalla bağlı qadağa müəyyənləşirsə, digər ölkədən həmin benzinin idxalını həyata keçirə bilsin. Buna görə də bu, Azərbaycanda benzinin qiymətinin artması ilə bağlı hər hansı bir iqtisadi zəmin yaratmamalıdır".
Deputat qeyd edib ki, sahibkarlar tərəfindən bundan istifadə edilərək süni qiymət artımına gedilməsi heç bir halda arzuolunan deyil.
Onun sözlərinə görə, Dövlət Neft Fondu qısa zamanda Aİ-95 və Aİ-98 markalı benzin istehsalını reallaşdırmalıdır, çünki Azərbaycan neft ölkəsidir və Azərbaycanda premium markalı benzinin istehsalı vacibdir:
-
Ekopublika.az05:45“Nvidia” rəhbərinin 162 milyard dollarlıq sərvəti gündəmdə - Tarixin ən bahalı boşanması baş verəcək?
-
Qoroskop01:20Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün yeni həyat başlayır
-
Dünya00:27Türkiyədə zavodda partlayış: ölənlərin sayı artdı - Yeniləndi
-
Avropa9 Noyabr 23:55700 supermarketə hücumun arxasında İran dayanır - Fransadan ittiham
-
Elm və təhsil9 Noyabr 23:05Abituriyentlər iki fəndən imtahan verəcək? - Ekspertdən AÇIQLAMA
-
Region9 Noyabr 21:00Ərdoğan zavoddakı partlayışın ağır nəticələrini açıqladı - 16 nəfər öldü
-
Nida Xəbər 9 Noyabr 15:03Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik etdi
-
Rəsmi xronika9 Noyabr 14:04Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi












.webp)






.jpg)







.jpg)





.jpg)




