“Atlant”ın rəhbəri öldü - FOTO
Bizi izləyin

Nida Xəbər

“Atlant”ın rəhbəri öldü - FOTO

“Atlant”ın rəhbəri öldü - FOTO

Nabranda yerləşən “Atlant” Ailəvi İstirahət Mərkəzinin rəhbəri Tahir Qədəşov vəfat edib.

Publika.az Bizim.mediaya istinadən xəbər verir ki, o, ürək çatışmazlığından dünyasını dəyişib.

Bildirilib ki, Tahir Qədəşovun nəşi bu gün Bakıdan Qubaya gətiriləcək və mərhum ata yurdu İsnov kəndində dəfn olunacaq.

Qeyd edək ki, bir neçə gün əvvəl mərhumun rəhbəri olduğu “Atlant” Ailəvi İstirahət Mərkəzi müsadirə edilib.

Xatırladaq ki, 4 gün əvvəl “Atlant” İstirahət Mərkəzinin rəhbəri Tahir Qədəşovun kürəkəni Nofəl Hacıyev vətəndaşlardan alınan 14 milyon manatı “Atlant”ın təmir-tikinti işlərinə yatırdığı üçün 11 il 6 ay azadlıqdan məhrum olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm