Foto
Qədim Şuşada erməni vandalizmi - FOTO
Şuşa şəhərinin əsası 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulub. Bu il Şuşanın 270 illiyi təmtəraqlı şəkildə qeyd olunacaq. Tarix boyu bu şəhərdə Azərbaycan türkləri yaşayıb. Azərbaycan mədəniyyətinin paytaxtı olan Şuşa eyni zamanda Qafqazın konservatoriyası adlandırılır.
Təkcə Qarabağın və Azərbaycanın deyil, bütün Qafqazın gözəl guşələrindən biri Şuşa müdafiə məqsədilə tikilmiş qala-şəhər olub. 1992-ci il may ayının 8-də erməni birləşmələri tərəfindən işğal edilmiş Şuşa şəhəri 2020-ci il noyabrın 8-də Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən işğaldan azad edildi.
Publika.az ermənilərin işğal dövründə Şuşada dağıtdığı abidələrin fotolarını təqdim edir:
Şuşa qalası şəhərin tarixi mərkəzini əhatə edən divarlardan ibarətdir. Qala-şəhər onun banisi olan Pənahəli xanın şərəfinə Pənahabad qalası adlandırılıb. Bir müddət sonra xalq qalanı Şuşa qalası, sonrakı dövrdə isə sadəcə Şuşa adlandırıb. Şuşa adı ehtimal ki, qalanın salındığı yer yaxınlığındakı Şuşakəndin adından götürülüb. Erməni birləşmələri tərəfindən dağıdılıb, ancaq işğaldan azad olunduqdan sonra yenidən bərpa olunub.
src="/storage/files/upload/f93259701f9caa61143cbc4262581473882fb14b.jpg" style="width: 300px;" class="fr-fic fr-dib">
Xurşidbanu Natəvanın evi Şuşanın ilk zamanlarında inşa edilmiş mülklərindən biridir. 1987-ci ildə binada restavrasiya işləri aparılıb və Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin filialı olan Xurşidbanu Natəvanın ev-muzeyi fəaliyyətə başlayıb. Natəvanın sarayının memarlığı Şuşa şəhərinin yaşayış tikililərinin memarlığı üçün xarakterik olmasa da, böyük maraq kəsb edir.
src="/storage/files/upload/b6bbc88aa42b33c08cd0c6169a66ac32176d5d76.jpg" style="width: 300px;" class="fr-fic fr-dib">
Yuxarı Gövhər ağa məscidi Şuşa şəhəri ərazisində tikilmiş ən qədim məsciddir. Məscid Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən ölkə əhəmiyyətli tarix-mədəniyyət abidəsi kimi qeydiyyata alınıb. Ərazidə ilk məscid Qarabağ xanlığının və Şuşa qalasının banisi Pənahəli xanın göstərişi ilə Qarabağ xan sarayı ilə paralel təxminən 1750-ci illərdə qamışdan inşa edilib.
src="/storage/files/upload/36c793cb44008bae487f1dd091dffc29bd520a49.jpg" style="width: 300px;" class="fr-fic fr-dib">
Şuşa şəhərinin Qapan meydanında yerləşən Cümə məscididir. Məscid Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən ölkə əhəmiyyətli tarix-mədəniyyət abidəsi kimi qeydiyyata alınıb. Şuşa şəhərində iki cümə məscidinin olması E.Avalov tərəfindən şəhərdə iki islam icmasının fəaliyyət göstərməsi ilə izah edilir. Məscid ilk dəfə Şuşanın 1855-ci ilə aid baş planında yaxınlıqda yerləşən mədrəsə ilə birlikdə qeyd edilir.
src="/storage/files/upload/b3693d88a1f12609f0b689364cfa2d0fa07e9e39.jpg" style="width: 300px;" class="fr-fic fr-dib">
İsa bulağı Şuşa şəhərindən 2 kilometr aralı, dəniz səviyyəsindən təqribən 1500 metr hündürlükdə, meşədə yerləşir. Azərbaycan təbiətinin nadir incilərindən sayılır. Bu hidronim haqqında yerli əhalinin məlumatına görə, bulaq XVIII əsrdə ilk dəfə onu qalın meşəlikdə üzə çıxarmış İsa adlı əkinçinin adını daşıyır.
src="/storage/files/upload/5563574a14825dbeae7324de6e41567e8a0e22b7.jpg" style="width: 300px;" class="fr-fic fr-dib">
Üzeyir Hacıbəyov adına Muzey 1959-cu ildən 1992-ci ilə qədər fəaliyyət göstərib. 1992-ci ildə Şuşa şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra muzey öz fəaliyyətini dayandırıb, eksponatları talanmış muzeyin binası isə dağıdılıb.
src="/storage/files/upload/852441a845d4c95c1610ec66d34a4661d2a9d14e.jpg" style="width: 300px;" class="fr-fic fr-dib">
Şuşanın ən məşhur əsilzadələrindən olan Əsəd bəyin evi XVIII əsrin əvvəllərində inşa etdirilib. Uzadılmış düzbucaqlı formasına malik evin birinci mərtəbəsindəki otaqlar 3 qrupa bölünüb.
src="/storage/files/upload/4789f49a1ccf94d4be5960f1c08b08ab47b975db.png" style="width: 300px;" class="fr-fic fr-dib">
-
ABŞ02:19Pentaqon hazırlıqlara başladı: İrana qoşun yeridiləcək
-
Qoroskop01:20Günün ulduz falı: Romantik münasibətlərdə həyəcanlı bir dövr başlayır
-
Cənubi Qafqaz20 Mart 20:44Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcüldür - Paşinyan
-
Ekologiya20 Mart 19:00Azərbaycana yaz gəldi
-
ABŞ20 Mart 18:48ABŞ olmadan NATO "kağız pələng"dir - Tramp
-
Nəqliyyat20 Mart 18:36Bakı bir gecədə niyə boşaldı? - Paytaxtı “xilas” etməyin yolları açıqlandı
-
İnanc20 Mart 18:00Tüstüdən gələn mistik güc: Cansız daş da can tapa bilər, əgər...
-
Nida Xəbər 20 Mart 17:06Mehriban Əliyeva xalqımızı bayram münasibətilə təbrik etdi




















.jpg)














.jpg)

