Gözəllik
Məşhur aktrisadan dərini cavanlaşdıran RESEPT – VİDEO
"Uçurum" serialında çəkilən aktrisa Ülviyyə Xəlilbəyli sosial şəbəkədə gözəllik sirrini açıb.
Publika.az xəbər verir ki, məşhur aktrisa instaqramda mütəmadi olaraq üzünə tətbiq etdiyi maskanın reseptini verib. O, hazırladığı maskanı üzünə çəkərək sosial şəbəkədə paylaşıb və onun təsirlərindən danışıb:
"Bu maska üzdə botoks effekti yaradır. Ləkələri tam aparmasa da, rəngini açmağa kömək edir. Həm məsamələri yığır, həm də dərini ağardır. Dəriniz uşaq dərisi kimi hamar olur. Həftədə 3 dəfə etmək olar".
Tərkibi belədir:
1. Bir yumurtanın ağı
2. Yarım ç/q bal
3. Bir x/q qarğıdalı nişastası (kraxmal )
Əgər üzünüz yağlıdırsa, yarım ç/q limon suyu vurun. Limon dəriyə ağardıcı effekt göstərir.
Hazırlanması:
Yumurtanın ağı köpük halına gələnə kimi qarışdırılır. Üzərinə bal əlavə edilib təkrar qarışdırılır. Daha sonra qarğıdalı nişastası əlavə edilir. Hazır olduqdan sonra bitənə kimi fasilələrlə üzə masaj edərək çəkilir. 20 dəqiqə saxlayıb ilıq su ilə yuyulur. Sonda nəmləndirici krem çəkilir. Allergiyası olanlar yoxlayıb sonra istifadə etsin. Həmişə gözəllikdə.
-
Nida Xəbər 17:08Ceyhun Bayramovla Maka Boçorişvili arasında təkbətək görüş başladı
-
Magazin115:12"Şəhid ailəsindən 5 min manat istəyən müğənni var"
-
Nida Xəbər 14:15Demək, cəmiyyətdə məmura qarşı etimad yoxdur - Deputat
-
Nida Xəbər 13:35Deputatdan çağırış: Atanızın əlaqələrinə deyil, biliyinizə güvənin
-
Magazin112:42Ağadadaş Ağayev: "Oğlum məmur olmaq istədi, ona görə..."
-
Dünya12:18NATO-dan müharibə çağırışı: Hər kəs hazır olsun
-
Rəsmi xronika11:38"Zəngəzur dəhlizi tarixi İpək Yolunun dirçəldilməsinə xidmət edəcək" - PREZİDENT
-
Region11:12İranda məşhur müğənnini şallaqladılar - VİDEO




































