Dərinizi yapon sistemi ilə cavanlaşdırın! - 7 SİRR
Bizi izləyin

Gözəllik

Dərinizi yapon sistemi ilə cavanlaşdırın! - 7 SİRR

Əgər siz kosmetik vasitələrdən müntəzəm istifadə edirsinizsə, o zaman dərinin təmizlənməsi vacib prosedura çevrilir. Makiyajın təmizlənməsi üzünüzün 10 ildən sonra necə görünəcəyini müəyyənləşdirir.

Publika.az oxucuları dərini yüksək keyfiyyətlə təmizləməyə kömək edən məşhur Asiya üslublunun çoxmərhələli yuma sistemi ilə tanış edir. Bu baxım sistemi təkcə şəxsi dəri qulluğunuzu tam və düzgün etməklə qalmayıb, həm də dəri problemlərinin öhdəsindən gəlməyə kömək edəcək. Bununla belə, 7 mərhələli baxım sistemi quru dərilər üçün də tamamilə universaldır.

Addım 1: Hidrofilik yağ

Hidrofilik yağlar həm Koreya, həm yaponlarda, həm də adi Avropa və Amerika brendlərində də tapılır. Baxımın ilk addımında süngərə yağ çəkib makiyajı silirsiniz. Diqqət: gözlər və tuş üçün bir süngər istifadə edin, lakin dəri və tonal krem ​​üçün mütləq yenisini götürün.

Addım 2: Balzam

Üzdə hidrofilik yağdan istifadə etdikdən sonra təbii ki, kosmetik ləkələr qalacaq. Dərini makiyajdan təmizləmək üçün nəzərdə tutulmuş növbəti addım, balzamdır. Qeyd etmək lazımdır ki, balzam və ya makiyaj təmizləyicisi anlayışı yalnız Asiyaya aiddir, lakin Avropada çoxdan kök saldı və sevildi. Balzamlar bir qayda olaraq yağ bazasına malikdirlər, buna görə də kosmetik qalıqları hər hansı bir aqressiv geldən daha yaxşı çıxarırlar. Nəm dəriyə dairəvi hərəkətlərlə balzam çəkin, otaq temperaturunda (+25 dərəcə) su ilə yuyun.

İpucu: Dərini növbəti mərhələyə hazırlamaq üçün təmizləyici balzam yumşaq, isti dəsmal ilə də təmizlənə bilər.

Addım 3: Miselyar Su

Dərinizi təmizlədikdən sonra heç bir yerdə makiyaj qalmadığından əmin olun. Ən çətin yer gözlər altındakı bölgədir, tuş orada gizlənməyə meyllidir və bu dərhal nəzərə çarpmır. Odur ki, makiyajı 100% təmizləmək üçün miselyar su istifadə edin. Tətbiq üsulu sadədir - məhsulu pambıq diskin üzərinə çəkin və üzünüzü silin. Təəccüblənəcəksiniz, amma ilk iki təmizləmə mərhələsindən sonra da disk çirkli ola bilər!

Addım 4: Pilinq

Növbəti addım xəbərdarlıq tələb edir. Evdə pilinq həftədə bir dəfə istifadə oluna bilər, lakin Asiya makiyaj təmizləmə sistemində günlük ritualdır. Yalnız incə qranullarla yüngül skrabdan istifadə edin. Bu, məsamələri dərindən təmizləməyə, qara ləkələrin öhdəsindən gəlməyə, ölü hüceyrələrdən qurtulmağa və dərinin bərpasını stimullaşdırmağa kömək edəcək.

Addım 5: Tonik və ya buxar vannası

Bütün manipulyasiyalardan sonra dərinin təbii pH səviyyəsini bərpa etməlisiniz - bunun üçün bir tonik lazımdır. Asiyalılar həm də nəmləndirici buxar vannalarında da istifadə etməyə üstünlük verirlər - bunlar termal su kimi səpilən və üzə dincəlmiş görünüş, dəri tonunu verən “enerji kokteylləri”dir.

Addım 6: Serum və ya emulsiya

Tətbiqin beş mərhələsindən sonra dəriniz xüsusilə həssas olur - bu, əslində Yapon baxımının əsas məqsədidir. Serumun bütün komponentləri epidermisin daha dərin təbəqələrinə nüfuz edərək daha aktiv işləyəcək. Odur ki, təmizləndikdən sonra üzünüzü serum və ya yüngül emulsiya ilə sevindirin!

Addım 7: Nəmləndirici

Və nəhayət, ritualınızın son mərhələsi nəmləndirici olmalıdır - kremi masaj xətləri boyunca dəriyə birbaşa serumun üstünə çəkin. Bu iki mərhələ arasında yarım saat və ya bir saat fasilə verə bilərsiniz.

Bəlkə də yapon baxım sistemi sizin üçün çox mürəkkəb görünə bilər, amma inanın - buna dəyər! Əslində, proses çox vaxt aparmayacaq: 10-15 dəqiqəyə proses bitir. Və tezliklə görəcəksiniz ki, belə diqqətli qayğı sayəsində dəri daha təmiz, sağlam görünür və tonusda qalır.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm