Payızda dəri quruluğunu aradan qaldıran 7 SİRR
Bizi izləyin

Gözəllik

Payızda dəri quruluğunu aradan qaldıran 7 SİRR

Payız özü ilə təkcə yağış, saralmış və solmuş yarpaqlar, yuxulu vəziyyət deyil, həm də dəri problemlərini gətirir. Əllər, dirsəklər və dabanlar, həmçinin üz dərisi quruyur. Bəs payız aylarında bu quruluğu aradan qaldırmaq üçün nə etmək lazımdır?

Publika.az xəbər verir ki, dermatoloq Alla Faynşteyn dəridə quruluğu aradan qaldırmağın yollarından danışıb.

“Payız və qışda dərinin qurumasına bir neçə amil səbəb olur: çöldə temperaturun aşağı düşməsi, rütubət və külək, istilik sistemlərinin işləməsi və ya həddən artıq isti duşa olan həvəs. Hava dəyişiklikləri dərhal insanların üzündə əks olunur. Bir tərəfdən tam qızan istilik sistemləri bizi soyuqdan xilas etsə də, digər tərəfdən dərini qurudur.

Soyuq havadan temperaturu +20 ... +25 °C olan evə girəndə bütün bədən daxili tarazlığı qorumağa çalışır, eyni zamanda dəri stressə düşür, qurumağa və soyulmağa başlayır. Üşüdüyü üçün isti duş qəbul edən insanlarda da tez-tez dəri quruluğu yaranır. Yüksək temperaturun və kifayət qədər sərt kran suyunun təsirinin kombinasiyası özünü göstərir. Yadda saxlayın ki, duş geli dərinin lipid tərkibini bərpa edən maddələrdən ibarət olmalıdır. Adi qələvi sabundan və ya yanlış geldən istifadə qıcıqlanmaya səbəb olacaq. Problemlərin qarşısını almaq üçün 37°C-dən çox isti olmayan su ilə yuyunun” , - dermatoloq qeyd edib.

Kosmetoloq, üz fitnes məşqçisi və üz masajı ustası Yuliya Çuprikova isə qeyd edib ki, payız-qış dövründə su balansını qorumaq çox vacibdir: kifayət qədər su içmək, mənzili daha tez-tez havalandırmaq, əlbəttə ki, dəridə kombi nəticəsində yaranan quruluğu nəmləndirmək. O, aqressiv skrabları və pilinqi unutmağı, yuyucu gel və miselyar suyu köpük, süd və təmizləyici salfetlər ilə əvəzləməyi tövsiyə edir.

“Soyuq mövsümdə üz kremi seçmək xüsusilə vacibdir. Tərkibində qidalandırıcı maddələr olmalıdır. Məsələn, gün ərzində qidalandırıcı krem ​​və ya maska, gecə isə nəmləndirici tətbiq edə bilərsiniz. Baxımda əsas məsələ dərini xarici mövsümi amillərdən, o cümlədən günəş işığından qorumaqdır. SPF kremlərini payız-qış aylarında da çəkməyə davam edin. Soyuq havada günəş yaydan daha aqressiv davranır: ultrabənövşəyi şüalar dəri üzərində əks olunur. Nəticədə ləkələr meydana gəlir.

Unutmayın ki, təkcə üzün dərisinə qulluq lazım deyil. Boyun xətti, əlin dərisi də nəzərəçarpacaq dərəcədə qocalır. Ətirli losyonlar, qidalandırıcı bədən maskaları alın ki, onları daha tez-tez tətbiq etmək istəyi yaransın. Gecələr ayaqlarınızı nəmləndirə və əllərinizə gecə əlcəyi taxa bilərsiniz. Səhər dəriniz körpə dərisi kimi yumşaq və hamar olacaq” , - Y.Çuprikova bildirib.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm