Gözəllik
Əllərin dərisini soyuqdan qoruyan effektiv üsullar
Payız-qış aylarında hətta müntəzəm əlcək taxmaq zərif əllərimizi quruluq və çatlardan tamamilə xilas etmir. Soyuq havadan isti yerə daxil olmaq dəridə əlavə stress yaradır ki, bu da məxmər yumşaqlığın itirilməsinə və quruluğa gətirib çıxarır.
Publika.az əllərin soyuqdan qoruyan təbii qulluq reseptlərini təqdim edir.
Süd vannası
Məlumdur ki, süd dərini nəmləndirir və qidalandırır, həmçinin qocalma prosesini effektiv şəkildə ləngidir. Kleopatranın mütəmadi süd vannası qəbul etməsi boş yerə deyildi. Odur ki, bundan əllərə qulluqda da istifadə etməyə dəyər. Bunun üçün əllərinizi otaq temperaturunda 2 stəkan süddən ibarət vannaya qoyun və 30 dəqiqə orada saxlayın.
Soda vannası
Bir çay qaşığı soda, 5 damcı yod 2 stəkan ilıq suda qarışdırılır. Əllərinizi bu müalicəvi məhlulda ən azı 20 dəqiqə saxlayın. Bu müddət ərzində soda dərini yumşaldır, yod isə dırnaqları gücləndirir.
Yağ vannası
Bu vasitə quru və kobud dərilər üçün heyrətamizdir. Sadəcə 2 stəkan ilıq suyu 1 xörək qaşığı hər hansı rəfinə edilməmiş yağla qarışdırın. Əllərinizi 20 dəqiqə bu vannada saxlamaq kifayətdir.
Duz vannası
Bu vanna yalnız əllərdəki kiçik yaraların və çatların sağalmasına kömək etməyəcək, həm də dırnaqların soyulmasını aradan qaldıracaq. Bir çay qaşığı dəniz duzunu ilıq suda həll edin və əllərinizi məhlulda 20 dəqiqə saxlayın. Proseduru müntəzəm təkrarlasanız, nəticə mütləq sizi sevindirəcək.
Aytən Məftun
-
Hadisə25 Oktyabr 21:30Deputatın oğlu həbs edildi - VİDEO/YENİLƏNDİ
-
ABŞ25 Oktyabr 21:00Bu gecə İrana zərbə endiriləcək? - Trampdan açıqlama
-
Nida Xəbər 25 Oktyabr 20:32Azərbaycanı hədələyən Oqtay Saral istefa verdi: Özündən ilk açıqlama - Yeniləndi
-
Hadisə25 Oktyabr 19:13Bakıda deputat oğlunun iştirak etdiyi dava ilə bağlı qərar: 5 nəfər həbs olundu - FOTO/YENİLƏNDİ
-
Avropa25 Oktyabr 16:55Vuçiçin anasına hücum etdilər
-
Digər25 Oktyabr 16:44Çində 6 bala yaxın zəlzələ oldu
-
Avropa25 Oktyabr 16:15Polis 1300-dən çox etirazçını saxladı
-
Maraq dünyası25 Oktyabr 15:57Çində dinozavr dişləri olan quş qalığı tapıldı - Foto














.jpg)









_(1).jpg)










