Gözəllik
Qadın orqanizmi üçün ən faydalı məhsullar AÇIQLANDI
Yumurta dərinin gözəlliyini qorumağa kömək edir.
Publika.az xəbər verir ki, bu barədə “RİA”-ya müsahibəsində kosmetoloq, Rusiya Tibbi Estetika və Mezoterapiya Cəmiyyətinin üzvü, Fransa Yaş Əleyhinə Terapevtlər Cəmiyyətinin üzvü Aleksandra Qont məlumat verib. O, bildirib ki, tərkibində çoxlu doymamış yağ turşuları, omeqa-3 və fosfolipidlər olan qidalar dəri üçün olduqca faydalıdır.
“Bədənimiz üçün lazım olan hormonların çoxu onlardan əldə edilir. Sübut olunub ki, indi gündəlik menyumuzda ən azı bir yumurta olmalıdır”, - ekspert vurğulayıb.
Mütəxəssisin fikrincə, rasionda zeytun yağı, həmçinin lifi olan çoxlu tərəvəzlər üstünlük təşkil etməlidir. Dəri üçün yağlı ət də xeyirdir, əks göstərişiniz yoxdursa, yeyə bilərsiniz. Brokkoliyə yer verin. Xüsusilə bu cür məhsullar qadınlar üçün faydalıdır, çünki onlar menopozun başlamasının və digər pozğunluqların qarşısını alır.
Bundan əlavə, ekspert şəkər və karbohidratların dərinin vəziyyətini pisləşdirdiyini bildirib. Qont yekunda şəkərli qazlı içkilər və şirələr, həmçinin ketçup, fəst-fud və konservləşdirilmiş məhsullardan uzaq olmağı tövsiyə edib.
Aytən Məftun
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ



















.jpg)


















