Gözəllik
102 illik saç düzümü trend oldu - FOTO
Bob saç kəsimi onilliklər ərzində trenddə qala bilib. Odur ki, artıq klassika hesab edilə bilər.
Publika.az xəbər verir ki, bu mövsüm bob saç düzümü trendlər arasında liderdir, lakin klassik variantı daha qısa forma əvəz edəcək.
Bob saç düzümü 1920-ci illərdə ortaya çıxdı və o dövrün modaçıları arasında tez bir zamanda populyarlıq qazandı. Yeri gəlmişkən, bob uzun saçla vidalaşmaq qərarına gələn ilk səssiz kino aktrisalarının seçimi olub. Əgər saçlarınızı kəsdirməyi düşünürsünüzsə, sizə Jozefina Bayker və Klara Boudan ilham almağı məsləhət görürük.


1960-cı illərdə bob əhəmiyyətli dəyişikliklərə məruz qaldı, saç düzümü, hətta həndəsi formalar əldə etdi. Qızlara mini ətəyi sevdirən Meri Quantın saç düzümü o dövrün klassikası oldu.
2000-ci illərdə bir çox ulduz bob düzümünü sınaqdan keçirdi: formasını, uzunluğunu, kəsilməsini dəyişdirdilər, odur ki, bu gün bob düzümünün bir çox versiyaları mövcuddur.


Mini-bob 2022-2023 payız-qış şoularında ən populyar saç düzümlərindən birinə çevrildi, xüsusilə “Balenciaga”, “Proenza Schouler”, “Jason Wu” və “Ulla Johnson” kimi markaların nümayişlərində qarşımıza çıxdı. Təəccüblü deyil ki, bu saç düzümü indi gözəllik sənayesində aparıcı mövqe tutur və təbiilik tendensiyaları ilə vəhdət təşkil edir. Əvvəla, mini-bob üslubu çox vaxt tələb etmir, sadəcə saçınızı fenlə qurutmaq kifayətdir. İkincisi, saç düzümü müntəzəm salon baxımına və hər ay təzələnməyə ehtiyac duymur.

Yeri gəlmişkən, mini-bob çoxformalı olması ilə seçilir, həm hər bir üz formasına yaraşır, həm də qüsurları örtür. Bu saç düzümü düz və dalğalı saçlarda da eyni dərəcədə effektli görünür. Odur ki, baxımla bağlı heç bir çətinlik çəkməyəcəksiniz.

-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO




































.jpg)


