Gözəllik
İplə üz qaldırmaq təhlükəlidir?
İplə qaş və üz qaldırma kosmetoloqların xəstələrə ən çox təklif etdiyi cavanlaşdırıcı prosedurlardan biridir. Lakin ip ətrafında çoxlu şayiələr yayılmağa davam edir.
Publika.az Rusiya mətbuatına istinadla xəbər verir ki, plastik cərrah-kosmetoloq Nadejda Petraş bu prosedur haqqında, xüsusən də yaş həddi ilə bağlı bütün gerçəkləri açıqlayıb.
“İplə qaldırma hər yaşda edilə bilər: həm gözəlləşdirmək və bəzi fizioloji keyfiyyətlərin yaxşılaşdırılması, həm də cavanlaşma məqsədi ilə. Qocalma proseslərinin qarşısını almaq üçün profilaktik məqsədlə sap qaldırma xüsusilə effektlidir. Əgər üzdə sallanma varsa, 30 yaşında belə ip liftinqinə müraciət edə bilərsiniz”, - həkim izah edib.
Kosmetoloq vurğulayıb ki, iplərin üzün nazik dərisindən görünməsi mümkünsüzdür. Petraşın sözlərinə görə, dərialtı piy qatı buna imkan vermir.
“Odur ki, düzgün materialların seçilməsi ilə heç kim üzünüzdə yad cisimləri görməyəcək. Üçüncüsü, prosedurdan sonra bərpa müddəti uzun çəkmir. Əslində, reabilitasiya üç gündən çox deyil və effektin qalıcığı üç ilə qədər davam edir.
Dördüncüsü, saplar yalnız toxumaları dartmaq üçün istifadə olunur. İplər müxtəlifdir. Onlar toxumaları hərəkət etdirmək, dərinin keyfiyyətini və strukturunu yaxşılaşdırmaq üçün nəzərdə tutulub. Bu məqsədlər üçün biostimulyasiya edən saplardan istifadə olunur, onların ikinci adı mezoiplərdir. Meszoiplər dərini dartmaq və strukturunu yaxşılaşdırmaq üçün nəzərdə tutulub.
Beçincisi, sapla qaldırmadan əvvəl hər hansı hazırlıq lazım deyil. Nadir hallarda dərinin qalınlaşmasına yönəlmiş prosedurlar tələb oluna bilər.
Altıncısı, botulinum terapiyasını qaydalara görə iplə qaldırmadan iki həftə əvvəl həyata keçirmək daha yaxşıdır. İp qaldırma əməliyyatından sonra aparat üsullarını iki ay təxirə salmaq tövsiyə olunur. Və diş həkiminə baş çəkmək, implantların və ya diş dolğularının qoyulmasını iplə qaldırmadan əvvələ planlaşdırmaq daha yaxşıdır”, - kosmetoloq yekunda bildirib.
Aytən Məftun
-
Qoroskop14:38Başı bəladan qurtulmayan 4 bürc
-
Hadisə13:45Məktəb qarşısında naməlum şəxs uşaqlara konfet paylayıb? - DİN-dən açıqlama
-
Rəsmi xronika13:16Prezident şad xəbəri çatdırdı: Maaş və pensiyalar...
-
Ekologiya12:46Bakıda güclü yağış yağacaq - Hava kəskin dəyişəcək
-
Rəsmi xronika11:18Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir - İlham Əliyev
-
Dünya10:56“İsrail torpağı” kimi göstərdilər: ABŞ qəzetində qalmaqallı xəritə yayıldı
-
Rəsmi xronika10:36YAP-ın VIII Qurultayı keçirilir, İlham Əliyev çıxış edir - YENİLƏNDİ
-
Sosial08:36Bakının iki rayonu qazsız qalacaq






































.jpg)

