Gözəllik
Qadınların yol verdiyi ƏSAS SƏHV
Qadınların əksəriyyəti həkim və ya kosmetoloq məsləhəti almadan öz dərisinin, saçının və ya dırnaqlarının sağlamlığı üçün müxtəlif vitaminlər və dərmanlar içir. Lakin bu, həmişə bədənin vəziyyətinə müsbət təsir göstərmir.
Publika.az xəbər verir ki, bu sözləri kosmetoloq və dermatoloq Olqa Andriyanova deyib. Ekspert bildirib ki, düzgün qəbul edilməyən həblərin heç bir effekti olmacayaq:
"İlk növbədə müayinədən keçmək, həmçinin hansı mikroelementlərin və vitaminlərin çatışmadığını müəyyən etmək lazımdır. Bunun üçün laboratoriya diaqnostikasının tam spektri təyin edilir. Kosmetoloqlar bir qayda olaraq qan testi tələb edir, trixoloqlara isə əlavə olaraq mikroelementlərin analiz lazım ola bilər. Çatışmazlıq aşkar edildikdə, həkim müxtəlif vasitələr təyin edir.
Bir sıra xəstələr dəri quruluğu, soyulma və ya saç problemlərindən şikayət etməklə yanaşı, artan yorğunluqdan və ya immun sisteminin fəaliyyətinin pozulmasından şikayət edirlər. Bu, orqanizmin böyük miqdarda vitaminlərə ehtiyacı olması ilə bağlıdır. Vitamin və mikroelementlərin çatışmazlığı xəstələrdə məhz bu şikayətlərə səbəb olur. Bir qayda olaraq, xəstədə dərinin quruluğu və soyulması artdıqda, çox vaxt bu, B qrupunun vitaminləri və ya E vitamini çatışmazlığı ilə əlaqədar olur. Çox vaxt saçların tökülməsi kifayət qədər ferritin, dəmir, hemoqlobin və sink çatışmazlığı nəticəsində baş verir. Bütün bunlar bizə düzgün vitaminlər təyin etməyə, onların çatışmazlığını kompensasiya etməyə imkan verir", - həkim əlavə edib.
Eyni zamanda kosmetoloq qeyd edib ki, çox miqdarda vitamin ehtiva edən dərmanları özünüz təyin etməməlisiniz, onları qəbul etməzdən əvvəl mütəxəssis müayinəsindən keçməlisiniz.
"A və E vitaminlərini isə dəriyə sürtmək risklidir və heç bir şəkildə kömək etməyəcək. Kompleks təsir göstərən vitaminlərin olduğunu nəzərə almaq vacibdir. Məsələn, maqnezium ən çox B6 vitamini ilə qəbul edilir. Və D vitamini suda və ya yağda həll olunan formada qəbul edilə bilər. Birinci halda dərman qəbulu üçün xüsusi şərtlər tələb olunmursa, ikincisində kürü və ya qırmızı balıq ilə sendviçdə və ya qaymaqlı qəhvədə ola bilən çox miqdarda yağ turşuları istehlak etmək lazımdır" , - ekspert yekunda bildirib.
Aytən Məftun
-
İdman02:12Azərbaycanda Əməkdar məşqçi vəfat etdi
-
İdman00:45Rafael Fiziyev: “Atam mənə görə narahat idi”
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sürprizlərə hazır olun
-
Yaxın Şərq27 İyun 23:36Həniyyənin qardaşı oğlu da məhv edildi
-
Magazin227 İyun 21:36Ailəsi qucaq açıb qarşılayır - O isə gənc sevgilisi ilə evlənmək istəmir
-
Hadisə27 İyun 21:00Şamaxıda Ağsu çayı daşdı: İnsanlar yollarda qaldı - VİDEO
-
Avropa27 İyun 20:48Nazi yeni doğulmuş körpəsi ilə iclasa qatıldı
-
İdman27 İyun 20:24Fərman Həsənov UFC-də qələbə qazandı
























.jpg)










.jpg)