Gözəllik
Kosmetoloq gənc xanımlara səsləndi - Həddi aşmaq olmaz!
Gənc dəri yaxşı vəziyyətdə olsa belə səhv qulluq və dəri tipinizə uyğun olmayan prosedurlar onu pisləşdirə bilər.
Publika.az xəbər verir ki, bu sözləri dermatoloq-kosmetoloq Yekaterina Şadrina "Lenta.ru"ya müsahibəsində deyib. Həkim bildirib ki, nazik və həssas dəri tiplərinə yağlı dərilər üçün nəzərdə tutulmuş pilinqlər qəti şəkildə olmaz:
"Bundan əlavə, gənc yaşda kontur əməliyyatlarına ehtiyac yoxdur, çünki həddən artıq dolğunluq üzdə qeyri-təbii görünüş yarada bilər.
Dodaqların hialuron turşusu ilə böyüdülməsinə gəlincə, dərmandan böyük həcmdə istifadə etmək arzuolunmazdır. Bununla belə, yüksək keyfiyyətli iş ilə bir çox estetik problemləri həll etmək mümkündür", - həkim bildirib.
Həkim vurğulayıb ki, botulinum terapiyasını gec yaşlarda etmək fayda verməyə bilər: "Dəridə dərin qırışların yaranmasının qarşısını almaq üçün artıq gənc yaşda bu texnikaya müraciət etməyə dəyər.
Sızanaqlardan əziyyət çəkənlər tez-tez üzün mexaniki təmizlənməsini etməməlidirlər. Pilinq sızanaqları müalicə etmək üçün uğurlu bir üsul deyil. Eyni zamanda dəriyə düzgün qulluq edəcək məhsulları seçmək xüsusilə vacibdir".
Aytən Məftun
-
Art19:36Leyla Əliyeva “44”ün təqdimat mərasimindən paylaşım etdi - VİDEO
-
İnanc18:36“Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm” - VİDEO
-
Magazin118:24“Bu gün verilən qərarlara görə bir neçə il sonra təşəkkür edəcəksiniz”
-
Nida Təhlil 17:00Məktəbli forması şəxsi seçim deyil, ümumi qaydalarla tənzimlənməlidir - Professor
-
Dünya15:32Bu ehtiyatlar da yoxa çıxır: Dünyanın daha bir ciddi ərzaq böhranı gözləyir
-
Dünya13:38Rusiya geri çəkildi, bu bazarı Türkiyə tutur
-
Rəsmi xronika11:02İlham Əliyevin Laos Prezidenti ilə təkbətək görüşü oldu
-
Nida Xəbər 10:39Pensiya alanların nəzərinə

































