Gözəllik
Qırışlar sizi etibarsız biri kimi göstərir - ARAŞDIRMA
Almaniyanın Berlin Humboldt Universitetinin apardığı araşdırma qırışları olan insanların daha az xoşagəlimli olduğu və etibarsız hesab edildiyini müəyyən edib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, tədqiqat üçün 353 iştirakçıdan üzlərində qırış olan və ya olmayan insanların fotolarının qiymətləndirmələri istənilib.
İştirakçılar hər bir insanın cəlbedici, isti, xoş, etibarlı, əxlaqlı və harmoniyada görünüb-görünmədiyini qiymətləndirib. Bundan başqa, hər bir üzdə xoşbəxtlik, qəzəb, kədər, qorxu, iyrənclik və təəccüb hissinin ifadəsi qeydə alınıb.
“Acta Psychologica” jurnalında dərc edilən təhlillər nəticəsində məlum olub ki, qırışmış üzlər qarşı tərəfdə daha az cəlbedici görünür, həmçinin daha az xoş və etibarlı təəssürat yaradır.
"Bu nəticələr yaşlı insanların üzündəki qırışlara görə, daha az bəyənildiyini göstərir. Qırışların mənfi təsirləri gözəllik sənayesinin daha çox inkişafına, eləcə də hamar alınlara və uzunsov çənələrə olan tələbatın artmasına səbəb olacaq", - tədqiqatçılar qeyd edib.
Aytən
-
Ekologiya12:35Sabahın hava proqnozu açıqlandı
-
Maraq dünyası12:198-ci mərtəbədən yıxılan 5 yaşlı qız sağ qaldı - Möcüzə?
-
Magazin212:10Güven Kıraç 4 ildir münasibətdə olduğu Mervenur ilə ailə qurdu
-
Hadisə11:35Naxçıvanda ağır qəza olub: 6 nəfər xəsarət aldı - FOTO
-
Nida Xəbər 11:27Bakıda Kanaki–Yeni Kaledoniya və Fransız Polineziyası komandalarına dəstək aksiyası
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu

















.png)
.jpg)



















