İqtisadi gündəm
Dünyada kibrit istehsalı azalır, Azərbaycan isə istehlakı artırır
İngilis alimləri tərəfindən 1809-cu ildə icad edilən, iki əsrdir istifadə olunan kibritin sonu yaxınlaşır. Belə ki, dünyada bir çox fabrik kibrit istehsalını dayandırıb. Yalnız hədiyyəlik və reklam məqsədi ilə istehsal aparılır.
Publika.az xəbər verir ki, ingilislərdən sonra 1831-ci ildə 19 yaşlı fransız Çarles Sauria kibrit istehsalını inkişaf etdirdi. Kibritin üzərinə ən sadə sürtünməylə alov alan ağ fosfor çəkdi. Sauriadan sonra İsveçdə çaxma yerinə qoyulan bir başqa qarışığa qırmızı fosfor qatıldı. Beləliklə kibritin ucunda yalnız kalium klorat qaldı.
Son illər artan texnologiyalar kibritin istifadə meydanını daraldıb. Məsələn qonşu Türkiyədə istehsal müəssisələri fəaliyyətlərini daraldıblar. Səbəb istehsalın baha başa gəlməsi, qiymətin isə ucuz olmasıdır. Eyni zamanda, kibriti əvəzləyən yandırıcı çeşidlərin artmasıdır. Nəticədə bu gün kibrit Türkiyədə daha çox hədiyyə, reklam əşyası kimi istifadə edilir.
Nəzərə çatdıraq ki, Azərbaycanda kibrit istehlakı hələ də yüksək səviyyədədir. Bunu idxal göstəriciləri də təsdiqləyir. 2015-ci ildə ölkəyə 1647,64 ton kibrit gətirilib. Bu isə təxminən 150 milyon qutu kibrit, 1 milyon 736 min dollar vəsait deməkdir. Kibrit ölkəyə əsasən Belarus və Rusiyadan gətirilir. 2015-ci ildə Belarusdan 839,2 min ton (796,7 min dollar) idxal reallaşıb. Həmin dövrdə Belarusdan idxal olunan kibritin çəkisi azalsa da, dəyəri yüksəlib. Belə ki, 2014-cü ildə Belarusdan 1135,4 ton kibrit alışı üçün 346,3 min dollar ödənilib. Rəqəmlər göstərir ki, son bir il ərzində bu ölkədən idxal edilən kibritin dəyəri dollar ifadəsində 3 dəfədən çox artıb. İdxalda ikinci sırada qərarlaşan Rusiyadan gətirilən kibritin qiymətində də artım qeydə alınıb. 2014-cü ildə Rusiyadan idxal olunan 312,5 ton kibrit üçün 81,7 min dollar ödənilibsə, 2015-ci ildə 754,8 ton kibrit üçün 845 min dollar xərclənib.
İqtisadiyyat şöbəsi
-
Dünya12:20
Ukrayna üçün şok proqnoz: "Sadəcə öləcək!"
-
Sosial11:45
Emin Ağalarovun ev verdiyi qadın görün kim imiş - VİDEO
-
Sosial11:30
Bakıda taksilərlə bağlı bu problem həll olunur: Daha narazılıq olmayacaq?
-
Sosial10:40
Azərbaycanlılara xaricdə ev aldıran səbəblər
-
Nəqliyyat10:00
Bakıda bir istiqamətdə hərəkət qismən məhdudlaşdırıldı
-
Elm və təhsil09:00
Bağçada işləyən müəllimlərə imtahanda hansı suallar veriləcək?
-
Magazin208:30
55 yaşlı Lopezdən nəfəskəsən FOTOSESSİYA
-
Nəqliyyat07:35
İctimai nəqliyyatdan istifadə edənlərin NƏZƏRİNƏ! - VİDEO