İqtisadi gündəm
Türkiyəli nazir: ”TANAP 2018-ci ilin ortalarında istismara veriləcək”
TANAP 2018-ci ilin ortalarında istismara veriləcək.
Publika.az xəbər verir ki, bu sözləri XXII Dünya neft Kongresinin açılışındakı çıxışında Türkiyənin enerji və təbii ehtiyatlar naziri Bərat Albayrak deyib.
Türkiyənin son illərdə həyata keçirməyə hazırlaşdığı böyük enerji layihələrindən danışan nazir Albayrak, Bakı-Tbilisi-Ceyhan kəməri sayəsində Ceyhan limanını dünyanın ən önəmli enerji nəqli mərkəzlərindən biri halına gətirdiklərini vurğulayıb.
Bərat Albayrak deyib: ”Qonşu ölkələrdə yaşanan iqtisadi problemlərlə müqayisə edəndə Türkiyənin cəsarətlə çox mühüm enerji layihələrinin altına imza atdığını görürük. Bunlardan biri də Türkiyənin və Avropanın enerji təhlükəsizliyi məsələsində önəmli yeri olacaq TANAP layihəsidir. Biz layihədə işin yarısından çoxunu görmüşük, gələn ilin ortalarında TANAP layihəsini istismara verəndən sonra Türkiyə və Avropa o xətdən fasiləsiz şəkildə təbii qaz ala biləcək”
İyulun 10-da XXİİ Dünya Neft Konqresinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyində keçiriləcək dövlət başçıları mərasimində Azərbaycan Respublikasının prezidenti İlham Əliyev iştirak edəcək. (apa)
-
Avropa21:48Romada etirazçılar Kolizeyə girdilər
-
Magazin121:36“Başqa kişidən uşaq dünyaya gətirmərəm“ - Röya Ayxan
-
Hadisə20:48Ceyhunu qətlə yetirib qaçan Elmar dünya çempionu imiş - Video / Yeniləndi
-
Kriminal20:00Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldı - - DTX-dən əməliyyat
-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto








.jpg)
















.jpg)









