İqtisadi gündəm
Prezidentin Davosdakı çıxışı buna təkan verəcək - Ekspert
"Davos İqtisadi Forumu Azərbaycan üçün çox vacib bir tədbirdir. Bu Forum ölkəmizin öz potensialını təqdim etməsi üçün bir tribunadır".
Bu sözləri Publika.az-a açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov deyib.

Ekspert bildirib ki, Davos İqtisadi Forumununa 2007-ci ildən başlayaraq nümayəndə heyətinə ölkə Prezidentinin rəhbərlik etməsi, bizim bu foruma əhəmiyyət verməyimizin göstəricisidir:
“2019-cu il Davos İqtisadi Forumu Azərbaycan üçün əvvəlki illərlə müqayisədə daha əhəmiyyətlidir. Düzdür, əvvəlki illərdə də ölkəmiz iqtisadi imkanlarını təqdim edirdi. Lakin bu il bir az daha vacibdir. Çünki Azərbaycan 2019-cu ilə struktur islahatları ilə başladı. Yanvarın 11-də keçirilən müşavirədə Prezident İlham Əliyev bu islahatların idarəetmə sisteminin çevikliyini artıracağını, eyni zamanda real, qeyri-neft sektorunun inkişafı üçün daha çox xarici sərmayənin prioritet olduğunu bildirdi. Bu baxımdan 2019-cu ildə çevik idarəetmə sisteminin formalaşması daha çox xarici investisiyaların cəlb edilməsinə imkan yaradacaq. Prezident Davosda həm ikitərəfli görüşlər keçirdi, həm də xüsusi sessiyada çıxış etdi, dünyanın aparıcı media orqanlarına müsahibə verdi. Bütün bu çıxış və görüşlərdə Prezident dünyanın aparıcı şirkətlərini Azərbaycana sərmayə yönəltməyə dəvət edir. Əslində şirkətlər üçün investisiya yatırmaq istədikləri dövlətin başçısı tərəfindən belə bir dəvətin edilməsi də vacibdir. Bu baxımdan Azərbaycan Prezidentinin ölkə iqtisadiyyatının mövcud potensialı və iqtisadi islahatlarla bağlı geniş auditoriyaya məlumat verməsi daha çox sərmayənin cəlb edilməsinə şərait yaradacaq. Nəzərə alsaq ki, Dünya Bankının Douing Business hesabatında Azərbaycan 32 pillə irəliləyərək dünyada ən yaxşı investisiya mühitinə malik olan 25 ölkədən biri kimi seçildi. Bu irəliləyiş ölkəyə investisiya cəlbi baxımdan yeni imkanlar yaradır”.
Ekspert vurğulayıb ki, ölkə Prezidentinin Davosda çıxışından sonra ölkəyə xarici investorların cəlb edilməsinə imkan yaradacaq:
“Xüsusən ölkə Prezidentinin investorları cəlb etməsi qeyri-neft sektoruna daha çox sərmayənin qoyulmasına baza yaradır. Ötən il ölkə iqtisadiyyatına 17.2 milyard manat investisiya qoyulub, onun əhəmiyyətli hissəsi qeyri-neft sektorunun payına düşür. Bu il üçün məqsəd daha çox xarici sərmayənin cəlb edilməsinə nail olmaqdır. Davos İqtisadi Forumunda ölkə Prezidentinin çıxışı və investorları cəlb etməsi bu hədəflərin reallaşmasına ciddi təkan verəcək”.
Gülxar
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp







.jpg)




.png)
















.jpg)
.jpg)





