İqtisadi gündəm
Ucqar kəndlərdə mineral gübrələrin güzəştli satışı başlanır - Qiymətlər
“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti ammofos gübrəsinin Cəmiyyətin bütün regional nümayəndəliklərinin və rayon bölmələrinin logistik gübrə anbarlarında güzəştli şərtlərlə satışını həyata keçirir.
Kənd Təsərrüfatı Nazirliyindən Publika.az-a verilən məlumata görə, ammofos gübrəsinin 1 tonunun satış qiyməti 1000 manata, dövlət tərəfindən tətbiq edilən 70% güzəştlə 300 manata və müvafiq olaraq 50 kiloqramlıq 1 kisəsi 15 manata satılır. Kənd təsərrüfatı məhsulları istehsalçıları mülkiyyətində, istifadəsində və ya icarəsində olan torpaq sənədlərini, kənd icra nümayəndəliyindən əldə etdiyi ərizə və məlumat formasını, şəxsiyyət vəsiqəsinin surətini təqdim etməklə mineral gübrələri güzəştli şərtlərlə əldə edə bilərlər.
Sentyabr ayından etibarən Cəmiyyətin rayon bölmələri ilə yanaşı, uzaq məsafələrdə yerləşən ucqar kəndlərdə mineral gübrələrin, xüsusilə mövsümə uyğun ammofos gübrəsinin səyyar satışı təşkil olunacaq. Səyyar satış zamanı fermerlərimiz müvafiq sənədləri təqdim etməklə və yerindəcə ödəniş etməklə öz kəndlərində güzəştli şərtlərlə mineral gübrələrdən əldə edə biləcəklər.
Qeyd edək ki, ammofos azot-fosfor qarışıqlı komleks gübrədir, tərkibində 12% azot və 52% fosfor vardır. Əksər bitkilərdə əkindən öncə şum altına, səpinlə birgə və torpaqda fosfor çatışmazlığı olduğu halda yemləmə olaraq tətbiq edilir. Ammofos fosfor ağırlıqlı kompleks gübrə olduğuna görə ölkəmizdə əsasən payız aylarında dənli bitkilərin əkini zamanı və əkinqabağı şum altına verilir. Ammofos torpaqda münbitliyin artmasına və bunun sayəsində əkilən məhsulun keyfiyyətinin və məhsuldarlığın yüksəlməsinə, böyümənin və inkişafın normallaşdırılmasına kömək edir.
Cəmiyyət ötən illərdəki təcrübəyə əsaslanaraq cari ildə də mövsüm başlamamışdan əvvəl ammofos gübrəsinin satışına tam hazırdır.
-
Qoroskop00:15Günün ulduz falı - Keçmişdə qalmış xatirə yenidən canlana bilər
-
Art00:00Əməkdar artist çayla əsərlər yaradırmış - VİDEO
-
Sosial24 Noyabr 23:15Leyla Əliyeva qızı ilə Nəbatat bağında - FOTO
-
Sosial24 Noyabr 23:12Axtarışa verilən 2-ci sinif şagirdinin meyiti körpü altında tapıldı
-
Sosial24 Noyabr 21:47Azər Zahidin ölkədən çıxışına qadağa qoyuldu
-
Magazin224 Noyabr 21:12Planetin ən dəbli kişisi o imiş...
-
ABŞ24 Noyabr 20:00ABŞ-da üç nəfər quş qripinə yoluxdu, biri öldü
-
Ekologiya24 Noyabr 19:30Bakıda külək gücləndi - Faktiki hava







.jpg)
.jpg)



























