İqtisadi gündəm
13 rayonda mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı keçiriləcək
Sentyabr ayından etibarən “Aqrolizinq” ASC tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsümi mineral gübrələrin, xüsusən də ammofos və nitroammofoska gübrələrinin güzəştli şərtlərlə səyyar satışına başlanılıb.
Publika.az xəbər verir ki, mineral gübrələrin güzəştli şərtlərlə növbəti səyyar satışı Qazax, Ağstafa, Tovuz, Göygöl, Goranboy, Şabran, Xaçmaz, Quba, Salyan, Neftçala, Tərtər, Bərdə, Yevlaxda təşkil ediləcək.
Səyyar satışlar:
Oktyabrın 1-də Qazaxın Alpoud, Şabranın Pürəbədil, Tərtərin Hüsənli kəndlərində;
Oktyabrın 2-də Ağstafanın Dağkəsəmən, Xaçmazın Susay Qışlaq, Tərtərin Qəzyan kəndlərində;
Oktyabrın 3-də Tovuzun Əlimərdanlı, Qubanın Alpan, Bərdənin Yeni Daşkənd kəndlərində;
Oktyabrın 4-də Göygölün Çaykənd, Salyanın Xalac, Bərdənin Əmirli kəndlərində;
Oktyabrın 5-də Goranboyun Tapqaraqoyunlu, Neftçalanın Xolqaraqaşlı və Yevlaxın Gülöyşə kəndlərində həyata keçiriləcək.
Adıçəkilən, eləcə də ətraf kəndlərin sakinləri tələb olunan sənədləri - torpaq aktı və ya çıxarış, icra nümayəndəsindən ərizə-məlumat formasını və şəxsiyyət vəsiqəsinin surətini təqdim etməklə 70 faiz güzəştdən yararlanaraq mineral gübrə ala bilərlər.
Səyyar satış xidmətlərinin təşkil ediləcəyi yerlər barəsində məlumat almaq üçün 1652 Çağrı Mərkəzi və (+99451) 255-93-83, (+99451) 229-32-07 əlaqə nömrəsinə müraciət etmək lazımdır.
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı











.jpg)







_(1).webp)


















