Bakı bu göstəriciyə görə dünyada BİRİNCİDİR
Bizi izləyin

İqtisadi gündəm

Bakı bu göstəriciyə görə dünyada BİRİNCİDİR

Bakı 5 ulduzlu otellərin sayına görə dünyada liderdir. Bu otellərdən 52-də 1 gecənin qiyməti 374 manatdan başlayır.

Axar.az xəbər verir ki, bu barədə məlumatı iqtisadçı ekspert Qubad İbadoğlu yayıb. İqtisadçı bildirib ki, hazırda Bakıda 109, Parisdə 102, Moskvada 38, Vaşinqtonda 20, Brüsseldə 14, Tiflisdə 13 ədəd 5 ulduzlu otel var.

Ekspert bildirib ki, Bakıda beşulduz otellərin sayının 2 və 3 ulduzlu otellərin sayına bərabər olması (onların birlikdə sayı 112-dir) Azərbaycanın turizm cəlbediciliyini aşağı salır və ölkəni rəqabətdə uduzdurur:

“Çünki turistlər adətən aşağı ulduzlu, ucuz otelləri olan ölkələrə səyahət edirlər”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm