İqtisadi gündəm
Dünya Bankının səhv məlumatları Azərbaycanı reytinqdə GERİ SALDI
Dünya Bankının əməkdaşları Doing Business 2018 və Doing Business 2020 hesabatlarındakı məlumatlarda səhvlərə yol veriblər.
Bankın baş ofisindən Publika.az-a bildirilib ki, məlumatların səhv dəyişdirilməsi səbəbindən Azərbaycan reytinq cədvəlində aşağı düşüb.
"Məlumatlardakı dəyişikliklər Doing Business metodologiyasına uyğun gəlməyib. Yoxlama və auditlər bu proseslərdə nələrin baş verdiyini təsdiqləməyimizə kömək edəcək", - Bankdan deyilib.
Bununla DB (Dünya Bankı) nümayəndəsi daxili qiymətləndirmə prosesindəki səhvləri təsdiqləyib: Bu səhvlər Azərbaycanın göstəricilərinin aşağı göstərildiyi Doing Business hesabatında buraxılıb . Ümid edirik ki, DB tezliklə bu səhvləri aradan qaldıracaq və müvafiq ildə Azərbaycanın inkişafını əks etdirən daha dəqiq məlumat verəcəkdir.
Qeyd edək ki, Doing Business-2018 cədvəlində 190 ölkə arasında Azərbaycan reytinqdə 57-ci yeri, Doing Business 2020-də isə 190 ölkə siyahısında 34-cü yeri tutub.
Daha əvvəl DB illik Doing Business reytinqinin hazırlanması zamanı yol verilən pozuntuların qiymətləndirilməsi müddətinə açıqlamaların dayandırılacağını elan edib.
"Wall Street Journal"a görə, keçmiş hesabatlar dörd ölkə - Azərbaycan, Çin, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı üçün məlumatları səhv dəyişdirə bilərdi.
Dünya Bankının Müstəqil Daxili Audit Departamenti son beş Doing Business hesabatındakı məlumatları nəzərdən keçirəcək və qiymətləndirəcəkdir, işin nəticələrinə görə pozuntulara ən çox məruz qalan ölkələr üçün məlumatları retrospektiv şəkildə düzəldiləcək.
Növbəti Doing Business reytinqi 2020-ci ilin oktyabrında dərc edilməlidir.
-
Region02:42İran səfirindən Avropaya KRİTİK MESAJ - “Tehranın gücünü qəbul etməlisiniz”
-
Sağlamlıq01:11C vitamini ilə bağlı mif dağıldı - Soyuqdəyməyə qarşı kömək etmir, əksinə..
-
Magazin100:15Könül Kərimovanın qızı boşandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu, münasibətinizi daha da gücləndirəcək
-
Magazin229 Avqust 23:36Cem Yılmaz xəstəxanaya yerləşdirildi
-
ABŞ29 Avqust 23:00Tramp CNN telekanalı ilə bağlı elə sözlər dedi ki...
-
MDB29 Avqust 22:24Qadın liftdə uşaq dünyaya gətirdi
-
Sağlamlıq29 Avqust 22:12Mədə şişkinliyinə qarşı bunları edin























.webp)
.png)










.jpg)
.jpg)