İqtisadi gündəm
“AzerGold”un nizamnaməsində dəyişiklik edildi
“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsində dəyişiklik edilib.
Nazirlər Kabinetindən Publika.az-a verilən məlumata görə, qərarda Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən uyğunlaşdırılmalar öz əksini tapıb.
Belə ki, Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən, “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi və s. işlərlə yanaşı, qara metal filizi yataqları ilə bağlı işləri də yerinə yetirir.
Bu vaxtadək Cəmiyyət yalnız əlvan metal filizi yataqlarının öyrənilməsini, tədqiqini, kəşfiyyatını, işlənməsini və idarə olunmasını, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirirdi.
Qeyd olunanlara əsasən, “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin məqsədləri və fəaliyyət istiqamətləri hissəsində dəyişiklik edilməsi zərurəti yaranıb.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular









.jpg)

.jpg)

























.jpg)

.jpg)
