İqtisadi gündəm
Yanacağın qiyməti hər yerdə dəyişir – Professor
“Neft məhsullarının, benzin və dizelin Azərbaycanda qiymətlərinin qalxması dünyada gedən proseslərlə əlaqədardır. Neftin və yanacağın qiyməti hər yerdə dəyişir. Əgər başqa ölkələrdə neft məhsullarının qiyməti dəyişirsə, biz də bunun istehsalçısıyıqsa, deməli, biz də yanacaq məhsullarını baha qiymətə satmalıyıq”.
Bunu Publika.az-a açıqlamasında iqtisad elmləri doktoru, professor Əli Əlirzayev deyib.
Ekspertin fikrincə, yanacaq məhsullarını aşağı qiymətə satanda biz onun yerini başqa bir məhsulla doldurmalıyıq: “İndiki şəraitdə də bunu etmək qeyri-mümkündür. Çünki kənd təsərrüfatı məhsullarının dünya bazarına çıxarılmasının miqdarı xeyli aşağı düşüb. Azərbaycan iqtisadiyyatı isə neft məhsullarından gələn gəlirlər hesabına formalaşıb. Ona görə neftin, neft məhsullarının qiyməti harada dəyişirsə, bu dəyişikliklərin bizdə də getməsi labüddür. Bütün dünyada yanacağın qiyməti dəyişir, bahalaşır. Bu səbəbdən də bizdə də neft və neft məhsullarının qiyməti yenidən tənzimlənir”.
Professorun qənaətinə görə, ola bilsin ki, bununla bağlı tənzimləmə siyasəti də həyata keçirilsin:
“Ölkələrin inkişaf dinamikası var. Əgər başqa ölkələrdə qiymət bahalaşsa, bizdə ucuz qalsa, o zaman yanacaq məhsullarımızın gizli yollarla başqa ölkələrə aparılması mümkündür. Hesab edirəm ki, yanacaq məhsullarının qiyməti ucuz olan ölkədən qiymətlərin baha olduğu ölkələrə aparılmasının qarşısı alına bilər. Təbii ki, indi bizdə belə hal yoxdur. Amma mümkün ehtimalları da nəzərə almaq lazımdır. Lakin limit də olmalıdır ki, daxildə filan qədər yanacaq idxalına kimi qiymət dəyişməsin. Hesab edirəm ki, differensiallaşma və qütbləşmə siyasəti aparılmalıdır ki, qazanc məqsədi ilə istifadə edildikdə, qiymətlər baha olsun”.
Tural Turan
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular









.jpg)

.jpg)

























.jpg)

.jpg)
