İqtisadi gündəm
Aqrar sahəyə dair statistik portal bu il hazır olacaq
Azərbaycanda aqrar sahə ilə bağlı məlumatların vahid mənbədən əldə edilməsini həyata keçirmək məqsədilə yaradılmış agrodata.az portalında təkmilləşdirmələr aparılaraq istifadəçilər üçün çoxsistemli funksionallıq yaradılıb.
Publika.az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin ötənilki fəaliyyətinə dair hesabatında bildirilir.
“Portalda kənd təsərrüfatı sahəsi üzrə göstəricilər ölkə və rayonlar üzrə qruplaşdırılmış, sistemli formada qruplar və altqruplar şəklində strukturlaşdırılıb. Eyni zamanda istifadə təyinatından və istifadəçinin məqsədindən asılı olaraq həm birbaşa axtarış, həm çoxfunksiyalı filtrlə axtarış sistemi yaradılıb, məlumatların seçilmiş formada müxtəlif yükləmə funksiyası əlavə edilib. Sistemdə müəyyən məlumatların vizuallaşdırılması da aparılıb. Nəzərdə tutulur ki, aqrar sahə üzrə bütün statistik məlumatların tam şəkildə əhatə olunduğu vahid mənbə kimi agrodata.az portalının tam hazırlanması bu il yekunlaşdırılsın”, - deyə sənəddə qeyd olunub
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi









.jpg)

.jpg)

























.jpg)
.jpg)
