İqtisadi gündəm
Su ehtiyatlarının elektron xəritəsi hazırlanmalıdır - Deputat
Zaur Mikayılovun Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul zamanı Azərbaycan Prezidenti İlham Əliyev bu sektor üçün yeni hədəfləri müəyyənləşdirdi. Azərbaycanda 72 milyard 432 milyon manatlıq ümumi daxili məhsulun (ÜDM) 6,9 faizi kənd təsərrüfatının payına düşür. Bu o deməkdir ki, il ərzində 5 milyard manata yaxın aqrar məhsullar istehsal olunur.
Publika.az xəbər verir ki, bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov qeyd edib.
Millət vəkili bildirib ki, həm kənd təsərrüfatı məhsullarının istehsalının genişləndirilməsi, həm də bu sektorun ÜDM-də payının artırılması üçün su təsərrüfatı sisteminin təkmilləşdirilməsinə ehtiyac var:

"Əvvəla, su ehtiyatlarının sahibkarlar və fermerlər arasında tam ədalətli bölgüsü mexanizminin yaradılmasına ehtiyac var. Digər tərəfdən, su mənbələrinin əsasən ölkə xaricində olduğunu nəzərə alsaq, su ehtiyatları və ehtiyaclarının elektron xəritəsinin hazırlanması və buna uyğun olaraq sahibkarların su təminatının genişləndirilməsi məqsədəuyğundur. Belə elektron xəritələr əksər inkişaf etmiş ölkələrdə tətbiq olunur və nəticədə ehtiyacların hansı mənbələr hesabına ödənilməsinin müəyyənləşdirilməsinə imkan yaradır.
İşğaldan azad olunmuş ərazilərimizdə mövcud su ehtiyatlarını və torpaq fondunu nəzərə alsaq, Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalının yaxın illərdə daha 1 milyard manat artırılması mümkündür. Bu isə həmçinin su təsərrüfatında müasir menecment yanaşması tələb edir".
Akqabay
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO


































.jpg)


