İqtisadi gündəm
Sənaye əhəmiyyətli partlayıcı maddələr istehsal edəcək cəmiyyət təsis edildi
"AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) ikinci törəmə şirkəti, "AzerBlast" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) təsis edilib.
Bu barədə "AzerGold" QSC-dən Publika.az-a verilən məlumatda bildirilib.
Sənaye əhəmiyyətli partlayıcı maddələrin istehsalı üzrə ixtisaslaşan şirkətin yaradılmasında məqsəd xüsusilə dağ-mədən və tikinti sənayesində istifadə edilən mülki partlayıcı maddələrə olan daxili tələbatın ödənilməsi və idxaldan asılılığın aradan qaldırılmasıdır.
Qeyd edək ki, dövlət-özəl sektor tərəfdaşlığı modeli əsasında təsis edilən şirkət 9 mart 2021-ci il tarixində dövlət qeydiyyatına alınıb. Törəmə cəmiyyətin ümumi səhmlərinin 51 faizi "AzerGold" QSC-yə, 49 faizi isə "DM Servis" MMC-yə məxsusdur. 2013-cü ildə təsis edilmiş "DM Servis" MMC mülki partlayıcı maddələr və innovativ partlayış sistemlərinin istehsalı sahəsində dünya liderlərindən olan "Orica-Nitro" şirkətinin Azərbaycan üzrə rəsmi tərəfdaşıdır.
-
ABŞ19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...









.jpg)

.jpg)





















.jpg)
.jpg)

