İqtisadi gündəm
Ölkəmiz 2020-ci ilin şoklarından mətinliklə çıxıb - Nazir
“Ötən ilin əvvəlindən başlayaraq Azərbaycan iqtisadiyyatı şokla üzləşib. Bu, ümumi daxili məhsulun azalmasına təsir göstərib. 2020-ci il iqtisadi baxımdan bütün ölkələr üçün ağır il olub”.
Publika.az xəbər verir ki, bunu Maliyyə naziri Samir Şərifov Milli Məclisdə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Nazir bildirib ki, ötən il də pandemiya şəraiti dünya ölkələrinin iqtisadiyyatına mənfi təsirini davam etdirib, nəticədə iqtisadi fəallıqda həm keyfiyyət, həm də kəmiyyət nöqteyi-nəzərindən azalmalar müşahidə olunub. Pandemiyaya, 44 günlük müharibəyə, qlobal böhrana və neftin qiymətlərinin, neftə tələbatın kəskin aşağı düşməsinə baxmayaraq, Prezident İlham Əliyevin digər sahələrdə olduğu kimi, iqtisadiyyat sahəsində də apardığı uzaqgörən siyasəti və atdığı çevik addımlar nəticəsində ölkəmizdə makroiqtisadi sabitlik qorunub saxlanıb, dövrün çağırışlarına operativ şəkildə adekvat reaksiya verilib.
S.Şərifov qeyd edib ki, operativ tədbirlər sayəsində ölkəmiz 2020-ci ilin şoklarından mətinliklə çıxıb, iqtisadiyyatda dərin tənəzzülün qarşısı alınıb, manatın sabitliyi qorunub, hətta bir sıra sahələrdə irəliləyiş əldə edilib.
Nazir əlavə edib ki, COVID-19-la mübarizəyə 1 milyard 970 milyon vəsait ayrılıb ki, bunun da 613 milyonunu səhiyyə xərcləri təşkil edib. Eyni zamanda, tikinti sahəsinə dəstək vermək məqsədilə ipoteka sahəsinə 90 milyon manat əlavə vəsait ayrılıb. Sosial baxımdan həssas əhali qrupuna 505 milyon manat vəsait ayrılıb. Azərbaycan koronavirusla mübarizədə beynəlxalq tədbirlərdə fəal iştirak edib. Prezidentin tapşırığı ilə beynəlxalq təşkilatlara və ölkələrə dəstək məqsədilə 39 milyon manat xərclənib.
Samir Şərifov vurğulayıb ki, 2020-ci ildə dövlət sifarişli və dövlət hesabına təhsil sahəsinə 300 milyon manatdan çox vəsait ayrılıb.
O bildirib ki, bir tələbəyə düşən təhsil xərci 2019-cu illə müqayisədə 2258 manata çatdırılıb.
Nazir xatırladıb ki, hazırda dövlət sifarişli və dövlət hesabına təhsil alan tələbələrin sayı 91 368 nəfərdir.
Maliyyə naziri qeyd edib ki, 2020-ci ildə Azərbaycan hökuməti məcburi köçkünlərin sosial müdafiəsinə 763 milyon manat vəsait ayırıb. İnvestisiya proqramları isə 800 milyon manat təşkil edib. Həmçinin, 2020-ci ildə QHT-lərə və müxtəlif yaradıcılıq birliklərinə 104 milyon, siyasi partiyalara 4 milyon, bələdiyyələrə 7,7milyon manat ayrılıb.
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp
-
Banklar 3 Avqust 19:10Kartla köçürməni qohuma etdiyimizi bank necə aydınlaşdıracaq?







.jpg)



















.jpg)
.jpg)






