İqtisadi gündəm
İndiki gənclər məndən irəlidədir - Əziz Səncər
Mən xarici məktəbə getmədim. Türkiyənin cənub-şərqində kənd məktəbində oxudum. Bakalavr təhsilimi İstanbul Universitetinin Tibb fakültəsində almışam.
Publika.az xəbər verir ki, bunu türk əsilli ABŞ alimi, kimya üzrə Nobel mükafatı laureatı, professor Əziz Səncər UNEC İqtisadi Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, bu gün türk dünyası elmdə, təhsildə irəliləyə bilər: "Mən təhsil alan illərdə maliyyə baxımından əlavə bilik öyrənmək imkanım yox idi. Lakin indi bu imkanlar bütün türk dünyasında var. Türk universitetlərində oxuyub uğur qazananlar var. Övladlarımız öz ölkələrində təhsil alıb uğur qazana bilər. Məsələn, Ənvər Zahidov bu gün məşhur elm adamıdır. Təbii ki, Almaniya, İngiltərə ilə yarışacaq vəziyyətdə deyilik. Əgər əvvəl Çin geridə idisə, bu gün bütün ölkələri qabaqlayır. Çində oxuyan uşaqlar çox yaxşı təhsil alır. Mənimlə işləyən tələbələrin 70 faizi Çində təhsil alıb. Çin bacarıbsa, biz də bacara bilərik. 1980-ci illərdə Çin və türk dünyası arasında fərq yox idi. Lakin indi Çin Qərblə yarışır, biz isə yox. Mənim olimpiadalara qoşulmaq kimi şansım olmayıb. Bu baxımdan indiki gənclər məndən irəlidədir".
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır











.jpg)


























