İqtisadi gündəm
Xiyar niyə BAHADIR? - İlginc SƏBƏBLƏR
Son günlər bəzi tərəvəz məhsullarının, əsasən də xiyarın qiymətində bahalaşma müşahidə olunur. Ötən həftə 60-80 qəpik olan xiyar dünəndən etibarən 1.80-2.10 manata satılır.
Bəs bir həftə ərzində qiymətin birdən-birə 2-3 qat yüksəlməsi nə ilə bağlıdır?
Sualı cavablandıran kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmli Publika.az-a açıqlamasında qiymət artımını xiyar istehsalının azalması ilə əlaqələndirdi.
"Hazırda bazarlarda istixana şəraitində yetişdirilən məhsullar deyil, açıq sahələrdə yetişdirilən tərəvəzlər, əsasən də xiyar və pomidor satılır. Qiymətlər isə çox yüksəkdir. Bahalığın digər səbəbi ölkədə meyvə-tərəvəzin topdan satışı ilə məşğul olan cəmi bir mərkəzin olmasıdır. Əgər topdansatış mərkəzlərinin sayı çox olsaydı, ölkədə xiyar qıtlığı hiss olunmazdı. Bu mərkəz ölkə bazarlarının nəbzini tutub. Bu il nə qədər meyvə-tərəvəz istehsal olunub, nə qədəri bazara çıxarılıb, bunları əvvəlcədən hesablayır və asanlıqla və insafsızcasına qiymətləri qaldıra bilirlər. Vətəndaş onsuz da bu məhsulu 1.50, yaxud 2 manata da olsa, alıb istehlak edəcək. Xiyarın istehsal xərci pomidora nisbətən azdır. Amma bu gün qiyməti iki dəfə yüksəkdir”.
Qeyd edək ki, bəzi vətəndaşlar bu tərəvəzin bahalaşmasını şoraba mövsümü ilə əlaqələndirlər. Bu fkri qəbul etməyən ekspert bildirdi ki, bütün mövsümlərdə turşu olur:
“Həmişə, əsasən xiyar və pomidor turşusu mövsümündə qiymətlər aşağı olur. Əgər hansısa məhsulun qiymətində artım baş verirsə, deməli, həmin məhsulun istehsalında azalma var. Xiyarda da belədir. Hazırda açıq sahələrdə yetişdirilən pomidorun turşusu hazırlanır, amma qiyməti qalxmayıb”.
Rövşən Ziya
-
Qoroskop00:27Günün ulduz falı: Maliyyə vəziyyətiniz yaxşılaşacaq
-
Kriminal2 Noyabr 21:51Gəncədə korrupsiya əməliyyatı: vəzifəli şəxs saxlanıldı
-
Avropa2 Noyabr 21:13Supermarketlərə kiberhücum təhlükəsi - Xəbərdarlıq edildi
-
ABŞ2 Noyabr 19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə2 Noyabr 18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə2 Noyabr 18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 2 Noyabr 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika2 Noyabr 12:50Ərdoğan İlham Əliyevi təbrik etdi









.jpg)

.jpg)







.jpg)













.jpg)
.jpg)

