İqtisadi gündəm
"Qardaş dövlətlərlə TİCARƏT ƏLAQƏLƏRİMİZ yüksələn xətlə gedir" - Ekspert ŞƏRHİ
“Azərbaycanla Orta Asiyada yerləşən türk dövlətləri arasında iqtisadi əlaqələr son illər ciddi şəkildə genişlənməkdədir. Cari ilin ilk yarısında ölkəmizin 4 Türk dövləti ilə ümumi ticarət dövriyyəsi 544.360 milyon dollar olub və bu, 2021-ci il üçün ümumi dövriyyəsindən 66.5 faiz çoxdur”.
Publika.az xəbər verir ki, bu fikirləri Milli Məclisin iqtisadçı deputatı Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, bu müddətdə Azərbaycan ilə Qazaxıstan arasındakı ticarət dövriyyəsi 326.673 milyon dollar, Türkmənistanla 125.910 milyon dollar , Özbəkistan ilə 87.478 milyon dollar, Qırğız Respublikası ilə isə 4.229 milyon dollar olub:

“Ötən il ərzində ölkəmizin adıçəkilən türk dövlətləri ilə 361.743 milyon dollarlıq ticarət dövriyyəsində Qazaxıstan 135.799 milyon dollar, Türkmənistan 105.023 milyon dollar, Özbəkistan 111.903 milyon dollar, Qırğız Respublikası isə 9.018 milyon dollar paya malik idi. Əlaqələrin dərinləşməsində birbaşa qarşılıqlı əməkdaşlıq və Türk Dövlətləri Təşkilatı çərçivəsindəki koordinasiya xüsusi töhfəyə malikdir. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 2021-ci ilin noyabr ayında Türk Dövlətləri Təşkilatına çevrilməsi və Türk İnvestiya Fondunun təsis edilməsi də ticari-iqtisadi əlaqələr xüsusi təkan verdi”.
Deputat türk dövlətləri arasında iqtisadi əlaqələrin genişlənməsində ölkə rəhbələrinin qarşılıqlı səfərlərinin xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb:
“Azərbaycan prezidenti İlham Əliyevin Özbəkistana, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin ölkəmizə gəlişini xüsusi qeyd etmək lazımdır. Ölkələr ticarət dövriyyəsini daha da artırmağı əsas hədəflərdən biri olaraq müəyyənləşdiriblər. Azərbaycan Qazaxıstan ilə ticarət dövriyyəsini 2 dəfə artıraraq 1.0 milyard dollar çatdırmağa, Türkiyə ilə isə növbəti 2 ildə 15 milyard dollarlıq ticari əməkdaşlığa nail olmağa çalışır. Hədəflər genişdir, imkanlar böyük. Türk dövlətlərinin birgə daha böyük regional uğurlara imza atacağı şübhəsizdir”.
Rövşən Ziya
-
İdman05:45Corcinanın Ronaldo ilə bağlı bu paylaşımı gündəm oldu - FOTO
-
Dünya05:15ABŞ-ın yeni silahı İranı təşvişə saldı - Göz açmağa imkan vermir... - Video
-
ABŞ02:19Pentaqon hazırlıqlara başladı: İrana qoşun yeridiləcək
-
Qoroskop01:20Günün ulduz falı: Romantik münasibətlərdə həyəcanlı bir dövr başlayır
-
Cənubi Qafqaz20 Mart 20:44Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcüldür - Paşinyan
-
Ekologiya20 Mart 19:00Azərbaycana yaz gəldi
-
ABŞ20 Mart 18:48ABŞ olmadan NATO "kağız pələng"dir - Tramp
-
Nəqliyyat20 Mart 18:36Bakı bir gecədə niyə boşaldı? - Paytaxtı “xilas” etməyin yolları açıqlandı










.jpg)



.jpg)














.jpg)



.jpg)

