İqtisadi gündəm
ƏDV ləğv olunur?-ŞƏRH
“Son günlər Milli Məclisdə və cəmiyyətin bəzi dairələrində əlavə dəyər vergisinin (ƏDV) ləğv olunması və ya 18 faizdən 2-4 faizə qədər azaldılması ilə bağlı təkliflər səslənir. Onlar belə güman edir ki, bu addım ölkədə bahalaşmanın qarşısını qismən də olsa, alacaq".
Bu sözləri Publika.az-a söyləyən iqtisadçı-ekspert Eyyub Kərimli hazırda qüvvədə olan 18 faizlik ƏDV-dən danışdı:

“Ticarət mərkəzindən 50 manatlıq alış-veriş edən vətəndaş 18-19 manat ƏDV ödəyir. Təbii ki, bu vəsait dövlət büdcəsinə daxil olur. Əslində, ƏDV-nin azalması bahalaşmanın, inflyasiyannı qarşısını almayacaq, əksinə, büdcə yığımına mənfi təsir göstərəcək. Bu da son nəticədə təqaüdlərin və maaşların verilməsinə mane olacaq. Hazırda Türkiyədə bu üsuldan istifadə edilir, amma əks-təsir göstərir. Çünki, bəzi sahibkarlıq subyektləri bir çox məhsulların qiymətini süni şəkildə qaldırmaqla məşğuldur”.
Ekspert düşünür ki, əhalinin sosial cəhətdən həssas təbəqəsi üçün hansısa istehlak səbəti limiti qoymaqla, ƏDV-nin azaldılması nəzərdə tutula bilər:
“Bu, həmin insanların ərzağa əlavə vəsait xərcləməsi ilə yanaşı, həm də puluna qənaət etməsinə səbəb olacaq. Əsasən də təqaüdçülərə, tələbələrə və sosial müavinət alan vətəndaşlara 400-500 manatlıq ərzaq alış-verişi etməklə ƏDV-nin ləğvi və ya azaldılması imkanı yaradıla bilər. Sözsüz ki, bunun reallaşması üçün zəruri mexanizm işləməlidir. Bu mexanizmin işlək hala gətirilməsi, sui-istifadə hallarının qarşısının alınması üçün yeni hesablama və uçot mexanizmləri tətbiq edilməlidir. Biz keçmiş təcrübədən görürük ki, bu cür güzəştlər bəzən həqiqi ünvanına çatmır. Belə hallara qarşı dövlətin tənzimləyici orqanları kəskin mübarizə aparmalı, şəffaf sistem hazırlanıb ortaya qoyulmalıdır”.
Rövşən Ziya
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi











.jpg)
























