İqtisadi gündəm
Yanvarda 45 dövlət əmlakı hərraca çıxarılacaq - SİYAHI
Hərraclarda operativliyin təmin olunması özəlləşdirilmə prosesini sürətləndirir. Bu həm də ölkədə iqtisadi fəallığı artırır, özəl sektorun inkişafına şərait yaradır. Hərrac vasitəsilə əmlak sahibi olmaq istəyənlər üçün seçim imkanı geniş, prosedurlar isə sadədir. Belə ki, müraciət və iştirak üçün əlavə vaxta və məkandan ayrılmağa ehtiyac qalmır. Dövlət əmlakının özəlləşməyə elektron müstəvidə çıxarılması müasir hərracın sərmayəçiyə yönəlmiş üstünlüklərindəndir.
Bu barədə Publika.az-a İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətindən məlumat verilib.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən növbəti hərraclar 24, 27 və 31 yanvar tarixlərində keçiriləcək. Bu hərraclara ümumilikdə 45 dövlət əmlakı çıxarılacaq. Onlardan 5-i səhmdar cəmiyyətin səhm paketi, 10-u kiçik dövlət müəssisə və obyekti, 30-u isə nəqliyyat vasitəsidir.
24 yanvar tarixində keçiriləcək hərraca çıxarılan dövlət əmlakları sırasında yardımçı təsərrüfat, iaşə obyektləri, kənd klubu da var. Obyektlərin ən aşağı ilkin start qiyməti 1.300 manat, ən yuxarı ilkin qiyməti isə 102.500 manatdır.
27 yanvar tarixində keçiriləcək hərraca çıxarılan nəqliyyat vasitələrinin əksəriyyəti Rusiya, Almaniya istehsalıdır. Avtomobillərin buraxılış tarixləri isə 1974-2013-cü illəri əhatə edir.
31 yanvar tarixində keçiriləcək hərraca müxtəlif rayonlarda yerləşən və fərqli sahələr üzrə ixtisaslaşmış səhmdar cəmiyyətlərinin səhm paketləri çıxarılacaq.
Hərraca çıxarılan dövlət əmlakının tam siyahısı buradan tanış ola bilərsiz:
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular









.jpg)

.jpg)






.jpg)

















.jpg)

.jpg)