İqtisadi gündəm
Pulunuzu yalnız bu halda dollara çevirin - Tanınmış iqtisadçıdan ÇAĞIRIŞ
“Bu gün pulunuzu dollara çevirməyin yalnız bir halda mənası var. Bu, yalnız o zaman edilməlidir ki, növbəti aylar, hətta həftələr üçün insanın xaricə getmək planı var, orada nağd dollar əskinasları ilə ödəniş edəcək”.
Publika.az-ın məlumatına görə, bunu rusiyalı iqtisadçı ekspert Mixail Xazin deyib.
Onun fikrincə, uzunmüddətli əmanətlərə gəlincə, yəni yaxın bir neçə il intervalında, dollarla əmanət yaratmaq çox pis fikirdir:
“Bir neçə ildən sonra valyutanın başına nə gələcəyini proqnozlaşdırmaq bu gün son dərəcə çətindir. Başa düşməlisiniz ki, işlər böhrana doğru gedir. Nəticədə, dolların indiki cəlbediciliyində əsas payını və dünyanın aparıcı valyutası kimi hazırkı statusunu itirməsi baş verə bilər. Dollar adi regional valyutaya çevrilə bilər”.
Xazin hesab edir ki, yaxın gələcəkdə Amerika və dünya iqtisadiyyatında vəziyyətin ümumi gərginləşməsi səbəbindən ABŞ-da maliyyə bazarları çökəcək. Onun sözlərinə görə, bu səbəbdən əksər investorlar dolları kəskin şəkildə “tərk etməyə” başlayacaqlar.
“Bu, planetin ən etibarlı və likvid aktivinin Amerikanın milli valyutası olması səbəbindən baş verəcək. Bununla belə, dollara tələbin kəskin artması səbəbindən onun dəyəri də çox güclü artacaq. Bir müddət pul vahidinin məzənnəsi pik həddində saxlanılacaq. Belə bir dövrün nə qədər davam edə biləcəyini söyləmək hazırda demək olar ki, mümkün deyil. Lakin bunun ardınca, şübhəsiz ki, qlobal böhran səbəbindən valyutanın ucuzlaşması müşahidə olunacaq. Beş ildən sonra dollar mütləq ən likvid aktiv olmaqdan çıxacaq”, - iqtisadçı proqnozlaşdırıb.
Akqabay
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi
-
ABŞ13 Oktyabr 21:12İlon Maskın sevinci cəmi 4 gün çəkdi
-
Art13 Oktyabr 19:36Leyla Əliyeva “44”ün təqdimat mərasimindən paylaşım etdi - VİDEO











.jpg)























