İqtisadi gündəm
DOLLAR BÖHRANI: məcbur olacaqlar ki... - Tanınmış iqtisadçıdan inflyasiya açıqlaması
“Amerika monetar orqanları əsas məzənnəni artırmalı olacaqlar”.
Publika.az xəbər verir ki, bunu tanınmış rusiyalı iqtisadçı Valentin Katasonov deyib.
Onun sözlərinə görə, əgər ABŞ rəhbərliyi yaxın vaxtlarda bu addımı atmasa, o zaman məsələ real fəlakətlə yekunlaşa bilər - inflyasiya nəhəng həddə çata bilər və o zaman ölkə staqflyasiya təhlükəsi ilə üzləşəcək. Bu halda inflyasiya artmaqda davam edəcək, lakin iqtisadi artım gətirməyəcək.
Digər tərəfdən, ekspert izah edib ki, əsas faiz dərəcəsinin artırılması ABŞ-ı genişmiqyaslı qeyri-ödəniş böhranının yaranması ilə təhdid edir: “Çünki pul bahalaşdıqda, çox sayda müxtəlif təsərrüfat subyektləri artıq çoxsaylı kreditlər üzrə maliyyə öhdəliklərinə xidmət edə bilməyəcəklər, üstəlik, həm özəl, həm də biznes sahəsində...”.
Katasonov hesab edir ki, öz hesablarını likvidliklə doldurmaq üçün müştərilərindən borcların təcili ödənilməsini tələb etməyə başlayacaq özəl Amerika bankları kredit pullarını itirə bilər ki, bu da təbii olaraq domino prinsipinə uyğun olaraq “borc sunamisini” təhrik edəcək.
Akqabay
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi











.jpg)
























