İqtisadi gündəm
Ərdoğan SOCAR-ı mükafatlandırdı
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəmə şirkətlərindən biri olan “SOCAR Petrol Ticaret” daha bir mükafata layiq görülüb.
Türkiyə mətbuatının yaydığı məlumata görə, Türkiyə İxracatçılar Məclisinin (TİM) açıqladığı “2022 İxrac Çempionları” siyahısında Türkiyənin ən böyük inteqrasiya olunmuş sənaye holdinqi və ən böyük birbaşa xarici investoru olan "SOCAR Türkiyə" qrup şirkətlərindən biri olan “SOCAR Petrol Ticaret” 3-cü yerdə qərarlaşıb.
Belə ki, İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirakı ilə “2022-ci ilin İxrac Çempionları” mükafatının təqdim edilmə mərasimi keçirilib. Mərasimdə ötən il Türkiyədə ən çox ixrac edən ilk 10 şirkətə mükafatları təqdim edilib.
Türkiyə Prezidenti “SOCAR Petrol Ticaret” şirkətinin mükafatını SOCAR-ın vitse-prezidenti və “SOCAR Türkiyə”nin İdarə Heyətinin üzvü Süleyman Qasımova təqdim edib.
S. Qasımov bildirib ki, SOCAR Türkiyə iqtisadiyyatı üçün strateji əhəmiyyətini dərk edərək, Azərbaycan və Türkiyəni gücləndirmək, sosial rifahı yüksəltmək üçün çalışır: “Biz son 15 ildə 18 milyard ABŞ dolları keçən yatırımlarla Türkiyənin ən böyük birbaşa xarici investoru və ən böyük inteqrasiya olunmuş sənaye holdinqiyik”.
O bildirib ki, şirkət investisiya və fəaliyyət gücü ilə Türkiyənin iqtisadiyyatına, sənayesinə və sosial inkişafına uzun illər xidmət etməyə qətiyyətlə davam edəcək: “Türkiyənin ilk 10 ixracatçısından biri olmaqdan çox qürur duyuruq. Bu uğurlarda əməyi olan bütün həmkarlarıma təşəkkür edirəm”. (Report.az)
-
MDB14:08Korrupsiya qalmaqalı böyüyür: Pəncərədən 8 çamadan dolları küçəyə atan kimdir? - VİDEO
-
Sosial13:58Dublində "Avropa Siyasi Birliyi"nin sammiti BAŞLAYIR
-
İqtisadi gündəm12:18Bakıda 8 bina sökülür, sakinlərə nə qədər kompensasiya ödəniləcək? - VİDEO
-
Nida Xəbər 11:27General qızından şikayətçi olanın kimliyi bilindi
-
Dünya10:24Putinin nümayəndəsi Trampın elçilərini milli komandanın formasında qarşıladı - FOTO
-
Ekologiya10:16Yer kürəsində sakitlik olacaq - Düz bir həftə
-
Nida Xəbər 09:27General Natiq Əliyevin qızı saxlanıldı
-
İnanc06:46Ramazan ayı nə vaxt başlayır?






.jpg)
.jpg)





.jpg)























