İqtisadi gündəm
Hökumət məzənnə riskini yumşaltsa belə... - Ekspert manatın aqibətini proqnozlaşdırdı
Məlum olduğu kimi son bir ayda region valyutaları dəyər itirməkdə davam edir. Faiz göstəricilərinə əsasən Türkiyə lirəsi 18.7 % olmaqla birinci yerdədir. Bu səbəbdən hazırki situasiya ilə bağlı olaraq qardaş ölkədə inflyasiya ilə mübarizə başlıca hədəf olaraq qalır. Rusiya rublu 5.9 faiz, Gürcüstan larisi 3.1 faiz, Qazaxıstan təngəsi isə 1.2 faiz ucuzlaşıb. ABŞ pulunun qlobal bazarda güclənməsi region valyutalarından təsirsiz ötüşmür. Beynəlxalq hesablaşmalarda ABŞ dollarının payı 42,71%-ə yüksəlib ki, bu da son 2 ilin ən yüksək səviyyəsidir. Region valyutalarının ucuzlaşması fonunda istehlak bazarlarında da qiymət artımları müşahidə olunur.
Qonşu ölkələrin valyuta bazarlarında baş verənlərin manatın məzənnəsinə təsirləri haqqında Publika.az-a danışan iqtisadçı ekspert Rəşad Həsənov bildirib ki, hazırki şərtlər daxilində Azərbaycan məzənnəsinin formalaşdırılması siyasətində qonşu ölkələrin valyutalarının dəyəri əsas faktor deyil.

“Hazırda Azərbaycan manatının sabit məzənnəsi siyasətinin davam etdirilməsi istiqamətində bir neçə ciddi simptomlar 2022-2026-cı illər sosial-iqtisadi inkişaf strategiyasında, həmçinin, dövlət büdcəsinin həmin illərdəki layihəsində manatın məcəlləsi 1.70 azn olaraq götürülür və mərkəzi bankın bu günki şərltər daxilində verdiyi mesajlar da onu göstərir ki, bu məzənnə siyasətinin davam etdirilməsinə çalışılacaq. Çünki əsas məsələ indiki situasiyada inflyasiya təzyiqlərini qismən də olsa neytrallaşdırmaqdır. Yerli hökumətin əlində olan ciddi və istifadə edə bildiyi alət də manatın məzənnəsini dollara münasibətdə sabit saxlamaqdan ibarətdir”, - o deyib.
İqtisadçı qeyd edib ki, inflyasiya təzyiqləri normanın üzərindədir və bu il bunun ikirəqəmli olması ehtimalı olduqca yüksəkdir.
“Bu səbəbdən düşünürəm ki, region ölkələri xüsusilə də Azərbaycan xarici tərəfdaşları ilə münasibətdə onların məzənnə dəyərinin itməsi mövqelərini qismən də olsa zəiflədir. Xüsusilə də ixrac, xidmətlər ixracı, həm daxili, həm də xarici bazarlarda yerli məhsulların rəqabətliliyi aspektində özünü göstərir. Amma buna baxmayaraq inflyasiya istiqamətində də yaranmış riskləri müəyyən qədər neytrallaşdırır. Xüsusilə də qeyri-neft iqtisadiyyatının zəif şaxələnməsi, inkişaf potensialının zəif olması, kimi məqamları nəzərə alaraq hökumət hazırda daha çox sosial məqamlara diqqət yetirir. Bu baxımdan da “Pros and cons”a baxanda mövcud şərtlər daxilində eyni zamanda neftin qiymətinin dəstəyi ilə hökumət bu məzənnə siyasətini davam etdirəcək”.
Azərbaycanın ixrac potensialına təsiri baxımından nəticələri
“Bizim ixracımız daha çox enerji, elekrik enerjisi, mədən sənayesi, qızıl, yaxud da şaquli diversifikasiya əsasında formalaşmış neft məhsulları, kənd təsərrüfatı məhsulları olduğundan burada valyuta məzənnəsinin ciddi təsirləri müşahidə edilmir. İxracın strukturu o qədər bəsit və sadə bazarda mövcud olan məhsullardan ibarətdir ki, ona görə də hökumət hətta məzənnəni yumuşaltsa belə, bunun hər hansı bir ciddi təsiri olmayacaq.
Lakin əgər “üzən məzənə rejimi”nə keçməyə cəhd göstərsə, bu zaman artıq tamamilə fərqli vəziyyətlə üzləşə bilərik. Neft baha olduğu üçün ölkənin tədiyə balansında və ticarət saldosunda profisit olduğuna görə, hesab edirəm ki, hətta manatın möhkəmlənməsi baş verə bilər ki, bu da olduqca riskli ssenarilərdən biridir”, - deyə R.Həsənov yekunlaşdırıb.
Ayşən Rəhim
-
Region13:12Ermənistanda polis məmuruna “zibil” deyən jurnalistə bu cəza verildi
-
İdman12:42Hemilton Kardaşyanın uşaqlarını belə əyləndirir - FOTO
-
Nida Xəbər 11:15Azərbaycanlıların olduğu gəmi dron hücumuna məruz qalıb - XİN
-
Rəsmi xronika10:41İlham Əliyev Ərdoğana məktub göndərdi
-
Nida Xəbər 10:34Onun Azərbaycana ekstradisiyası ilə bağlı razılıq əldə edildi
-
Dünya10:18Trampdan Netanyahuya: Sizi orada istəmirlər, çıxın
-
Magazin209:42Baş məşqçinin həyat yoldaşının bu hərəkəti sosial şəbəkələri qarışdırdı - VİDEO
-
Dünya08:36Məşhur aktyor maşını ilə 20 yaşlı qızı vurub qaçdı - 10 ilədək həbs gözləyir







































