İqtisadi gündəm
Təbii fəlakətlərdən zərər çəkmiş bu şəxslərə ŞAD XƏBƏR
İyunun son günlərində Azərbaycanın müxtəlif bölgələrində hava şəraitinin kəskin dəyişməsi, intensiv yağan güclü yağışlar çaylarda suyun artmasına və sel-daşqınlara səbəb olub. Eləcə də müxtəlif bölgələrdə çoxsaylı dolu yağması halları qeydə alınıb.
Bu barədə Aqrar Sığorta Fondundan Publika.az-a verilən məlumatda deyilir.
Rəsmi məlumatlara görə, iyun ayında ayrı-ayrı bölgələrdə ayın 11-24 günü yağış yağıb. Eləcə də ölkədə dolu yağması halları 2 dəfədən çox artıb – təkcə iyun ayında 38 dəfə dolu düşüb, ötən il bu göstərici 18 gün olmuşdu. İyun ayında 55 sel hadisəsi qeydə alınıb ki, bu da rekord göstəricidir.
İyunun son günlərində xüsusilə İsmayıllı, Tərtər, Goranboy, Daşkəsən, Şamaxı, rayonlarında vətəndaşların əmlakına, həyətyanı sahələrə, əkin sahələrinə və təsərrüfatlara, xüsusilə də heyvandarlıq və arıçılıq təsərrüfatlarına zərər dəyib.
Baş verən hadisələrlə bağlı Aqrar Sığorta Fondu bəyan edir ki, təbii fəlakətlər, dolu, leysan yağışları, sel-subasma kimi hadisələr aqrar sığorta tərəfindən qarşılanır. Bu hallar nəticəsində zərər görmüş sığortalı təsərrüfatlara kompensasiya ödəniləcək.
Aqrar Sığorta Fondu sığortası olan fermer və təsərrüfat rəhbərlərini əkin sahələrinə və təsərrüfatlara baxış keçirməyə, dəymiş zərər barədə Fonda məlumat verməyə çağırır.
Fond bildirir ki, müraciət qeydə alındıqdan sonra aqrar sığorta ekspertləri ərazilərə ezam olunacaq, dəyən zərəri qiymətləndirəcək və fond tərəfindən fermerlərə dəyən zərər kompensasiya olunacaq.
“Hazırda fondun mütəxəssisləri və aqrar sığorta ekspertləri ölkənin müxtəlif bölgələrinə ezam edilib və sığoğrta hadisələrini qeydə almaqla məşğuldurlar”, -deyə fonddan bildirilir.
Aqrar Sığorta Fondu bir daha fermer və təsərrüfat rəhbərlərini öz təsərrüfatlarını risklərdən qorumaq üçün aqrar sığorta vasitəsilə sığortalanmağa çağırıb.
Xatırladaq ki, fermerlərə dəstək məqsədilə aqrar sığorta haqqının 50%-ni, yəni yarısını dövlət ödəyir. Başqa sözlə, fermerlər ikiqat aşağı məbləğ ödəməklə öz təsərrüfatlarını və əkin sahələrini, yəni gəlirlərini çoxsaylı risklərdən qoruya bilərlər.
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...










.jpg)





.jpg)
.png)







.jpg)














