İqtisadi gündəm
Pensiya alanların nəzərinə: artımlar bu tarixdə ödəniləcək
“Mövcud qanunvericiliyə əsasən, pensiyalar hər il yanvar ayında əvvəlki ildə orta aylıq əmək haqqında artım faizinə uyğun olaraq indeksasiya olunaraq artırılır. Hələlik dəqiq artım faizi bəlli olmasa da artımlar məhz bu aydan hesablanır. Belə ki, Dövlət Sosial Müdafiə Fondu 10.8 faiz artım proqnozlaşdırır, Dövlət Statistika Komitəsi isə dünən ötən ilin ilk 11 ayında nominal orta aylıq əmək haqqının 11.2 faiz artdığını bəyan edib”.
Publika.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert, millət vəkili Vüqar Bayramov sosial media hesabında paylaşıb.
“Artımlar yanvar ayından hesablandığı üçün artımların nə zaman ödəniləcəyi ilə bağlı suallar ünvanlanmaqdadır. Qeyd edək ki, 2023-ci ildə orta aylıq əmək haqqında artımla bağlı rəsmi statistika fevral ayının ilk 10 günündə bəlli olduğu üçün indeksasiya da məhz o zaman aparılacaq. Pensiya artımları yanvarın 1-dən hesablanır, amma artımlar fevral ayında ikisi birlikdə ödəniləcək. Deməli, pensiyaçılar artımları gələn aydan etibarən alacaqlar. Amma yanvar ayı üçün hesablanmış artım da fevral ayının pensiya məbləğinə əlavə olunacaq.
İndeksləşdirmə yən artımlar bütün növ əmək pensiyalarına şamil olunur. “Əmək pensiyaları haqqında” qanunun 4-cü maddəsinə əsasən, əmək pensiyalarının 3 növü təsbit olunub. Bunlar yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyasıdır. Deməli, vətəndaşımız növündən asılı olmayaraq əmək pensiyası alırsa onun pensiya məbləğinə artım hesablanacaq”.
Aysel Şahmar
-
İdman20:48AFFA-da iclas: Gedənlər də var, yeni təyinatlar da
-
Avropa20:12Avropada antik sikkə rekord qiymətə satıldı
-
Hadisə19:12Fəvvarələr meydanında güclü yanğın - VİDEO
-
Hadisə18:48Bakıda ananın körpəsini dənizə atması ilə bağlı YENİ DETALLAR - YENİLƏNDİ
-
Nəqliyyat18:36Sabiq nazir bu fonda dörd avtomobil satacaq
-
Dünya17:06Türkiyəyə qarşı “3+1” planı: Yunan mətbuatı gizli detalları açıqladı
-
Rəsmi xronika16:13İlham Əliyev iki fərman imzaladı
-
Magazin215:48Kardaşyan bu brend üçün soyundu - FOTO/VİDEO









.jpg)















.jpg)







_(3).jpg)




