Türkiyədə kütləvi həbslər: 160 nəfər saxlanıldı - VİDEO
Bizi izləyin

Dünya

Türkiyədə kütləvi həbslər: 160 nəfər saxlanıldı - VİDEO

Son iki həftə ərzində Türkiyə təhlükəsizlik qüvvələri Fətullah Gülən Təşkilatı (FETÖ) ilə əlaqədə şübhəli bilinən 160 nəfəri saxlayıb, onlardan 90-ı həbs olunub.

Publika.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya sosial mediada məlumat verib.

Nazir deyib ki, 39 əyalətdə reydlər keçirilib. Saxlanılanlar arasında təşkilatın maliyyə, təhsil və xarici əlaqələr strukturlarında çalışan şəxslər də olub.

Qeyd edək ki, Türkiyə hakimiyyəti FETÖ (Fətullahçı Terror Təşkilatı) adlandırdığı Gülən təşkilatını doqquz il əvvəl, 15 iyul 2016-cı ildə baş verən dövlət çevrilişinə cəhddə əli olmaqda ittiham edir.

Türkiyədə çevrilişdən sonra 80 mindən çox insan həbs edilib və hərbi qulluqçular da daxil olmaqla təxminən 150 min dövlət qulluqçusu işdən çıxarılıb və ya vəzifəsindən kənarlaşdırılıb.

Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm